Nida Xəbər
Günay Əfəndiyeva Kəlbəcərdəki faciə ilə bağlı başsağlığı verdi
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun və AZƏRTAC - Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimovun, eləcə də Susuzluq kəndi üzrə icra nümayəndəsinin müavini Arif Əliyevin Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olmalarından dərindən kədərləndiyini bildirir və mərhumların ailələrinə, eləcə də AzTV və AZƏRTAC rəhbərliyi və kollektivinə dərin hüznlə başsağlığı verir.
Fonddan Publika.az-a bildirilib ki, müharibənin bitməsinə baxmayaraq, Ermənistan tərəfinin hələ də minalanmış ərazilərin xəritələrinin Azərbaycana təhvil verməməsi nəticəsində 100-dən çox insan bu əməllərin qurbanı olub: “Bu beynəlxalq hüquq normalarına tamamilə zidd olmaqla yanaşı, eyni zamanda dünya mediasına yönəlmiş dəhşətli cinayətdir.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu günahsız insanların ölümü ilə nəticələnən bütün terror əməllərini qətiyyətlə pisləyir və dünya ictimaiyyətini bu hallara münasibət bildirilməsinin vacibliyini vurğulayır. Fond Kəlbəcərdə baş vermiş faciə ilə bağlı beynəlxalq media nümayəndələrini məsələyə biganə qalmamağa, həmrəylik nümayiş etdirməyə çağırır”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)


















.jpg)
.jpg)

