Nida Xəbər
Rusiyadakı bu hadisə qanun pozuntusudur - Keçmiş polis rəisi
“Rusiyada soydaşımız Vəkil Abdullayevin öldürməsi və üstəlik qatilin azadlığa buraxılması heyrət doğurur. Qeyd edim ki, polis əməkdaşının yalnız bəzi hallarda, çox böyük qanun pozuntusu olarsa, atəş açmaq hüququ var. Bu olayda isə o hal yoxdur. Və istənilən halda bu cür hadisələr qanun pozuntusudur”.
Bunu Publika.az-a açıqlamasında keçmiş polis rəisi, hüquq-mühafizə məsələləri üzrə ekspert Mahmud Hacıyev deyib.
Ekspert bildirib ki, postsovet məkanında, SSRİ dönəmində ümumi bir təlimat var idi: “İndi baxmayaraq ki, müstəqillik əldə olunub, həmin ümumi təlimata bütün MDB ölkələrində riayət edilir. Təxirə salmaq mümkün olmayan hallarda polis vətəndaşa qarşı silah tətbiq edə bilər. Orada təxirə salınmayan nə hal var ki?!”
M.Hacıyevin fikrincə, həmyerlimizin qətlə yetirilməsi qəbuledilməzdir:
“Polis maşını, 3 nəfər polis əməkdaşı və uşaqlar da həmin yerdəydi. Şəxsiyyətini müəyyənləşdirib həmyerlimizi lazım olan yerlərə təhvil verə bilərdilər. Amma orda həmyerlimizə zorakılıq tətbiq edilərək qətlə yetirilib. Bizdə olduğu kimi, Rusiyada da Daxili Təhqiqatlar İdarəsi var. Onlar belə hallarda xidməti tədqiqat aparır, həmin polis əməkdaşının nə qədər qanuna uyğun hərəkət etdiyini müəyyənləşdirirlər. Orada hadisə araşdırılır, daha sonra isə sənədlər prokurorluğa göndərilir. Biz bilə bilmərik ki, prokurorluq bu istintaqı ədalətli aparacaq, yoxsa yox. Prokurorluq cinayət işinin başlanmasını rədd edə bilər. Cinayət işi qaldırıb, bir müddət keçdikdən sonra məhkəməyə də verə bilər. Açığı, mən düşünmürəm ki, həmin polis əməkdaşını uzun müddət azadlıqdan məhrum eləsinlər”.
Rahib Ələsgərli
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)


















.jpg)
.jpg)

