Nida Xəbər
Qüdrət Həsənquliyev: “Əvəzedilməz kadrlar varsa, qanunu dəyişək”
“İctimaiyyəti narahat edən bir məqama diqqət çəkmək istərdim. Dövlətdə xidmət edənlərin yuxarı yaş həddi var. Amma buna bir çox hallarda əməl olunmur. Hər dəfə yaş həddinə çatanda xidməti müddəti artırılır. Bu, əksər ali dövlət xidmətlərinə aiddir. Məncə, bu məsələ barədə düşünməliyik”.
Publika.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı deputat Qüdrət Həsənquliyev səsləndirib.
O xatırladıb ki, “Məhkəmələr və hakimlər haqqında” qanunun müzakirəsi zamanı hakimlərin ömürlük təyin edilməsini təklif edib: “Ancaq mənim təklifim qəbul edilmədi. Məsələn, Ali Məhkəmənin sədri yuxarı yaş həddinə çatıb, amma xidməti davam etdirir. Biz qanunu pozmamalıyıq. Çünki bunu sadə insanlar görəndə də başlayır qanunu pozmağa. Əgər əvəzedilməz kadrlar varsa, onların yerinə başqa şəxslər tapmaq mümkün deyilsə, təklif edirəm qanunu dəyişək. Belə şəxslər varsa, ömürlük xidmət etsinlər. Sağlamlıqları imkan verdiyi müddətdə. Yəni ən pis qanunlar belə qanunu pozmaqdan daha yaxşıdır. Hesab edirəm ki, pis nümunələrdən imtina edilməlidir”.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı











.jpg)




.jpg)





















.jpg)

.jpg)