Nida Xəbər
Şarl Mişel: “Bölgədə uzunmüddətli sülhün tərəfdarıyıq” - (YENİLƏNDİ)
Biz arzu edirik ki, əlaqələrimizə əlavə, növbəti təkan verək. Hətta Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığa strateji xarakter vermək istəyirik. Bu gün səhər mən Azərbaycanda innovasiya, peyk, həmçinin infrastruktur sahələrində gələcəyə yönələn layihələrlə tanış oldum. Bakı limanında, həmçinin regional miqyasda yeni imkanlar yaratmaq işləri ilə tanış oldum.
Publika.az xəbər verir ki, bu fikirləri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə keçirilən mətbuat konfransında söyləyib.
Şarl Mişel deyib: “Biz anlayırıq ki, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq, əsasən, maliyyə dəstəyinə əsaslanan işbirliyi deyil. Əksinə, bu, birgə iş aparmaq istəyinə, innovasiyalara, texnoloji mübadilələrə və iqtisadi əməkdaşlığa əsaslanan tərəfdaşlıqdır. Məhz bu ruhda iqtisadi inkişaf baxımından Avropa İttifaqının hesab etdiyi iki prioritet – iqlim dəyişməsi və rəqəmsal inqilab birgə başladığımız layihələrin əsasında olmalıdır”.
Dekabr ayında keçiriləcək Avropa İttifaqının Şərq Tərəfdaşlığına həsr olunacaq Zirvə görüşünə toxunan Şarl Mişel qeyd edib ki, gözləntiləri müəyyən etmək məqsədilə fikir mübadiləsi aparmaq vacibdir və hər iki tərəfdən həmin Zirvə görüşünə hazırlıq gedir.
xxx
17:46
“Sabit və çiçəklənən Cənubi Qafqaz regionu Avropa İttifaqının marağındadır”.
Publika.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan lideri lə görüş zamanı Avropa İttifaqı-Azərbaycan arasında əməkdaşlığın inkişaf perspektivləri, gələcək layihələr, eləcə də ilin sonunda keçirilməsi planlaşdırılan Şərq Tərəfdaşlığı sammitinə hazırlıq məsələləri müzakirə olunub.
Şarl Mişel bildirib ki, təmsil etdiyi qurum bölgədə uzunmüddətli və davamlı sülhün tərəfdarıdır.
Azərbaycan ilə Ermənistan arasında sərhədlərin delimitasiyasının vacibliyini qeyd edən Aİ rəsmisi əlavə edib ki, regional əməkdaşlıq və infrastrukturun bərpası əhəmiyyətlidir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi












.jpg)






















.jpg)
.jpg)
