Nida Xəbər
5-ci Ordu Korpusunun komandiri kimdir? - DOSYE
Xəbər verdeiyimiz kimi Prezident İlham Əliyevin sərəncamı ilə general-mayor Seyidov Kənan Əlihüseyn oğlu Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini – qərargah rəisi vəzifəsindən azad edilərək, 5-ci Ordu Korpusunun komandiri təyin edilib.
Publika.az xəbər verir ki, General Kənan Seyidov İkinci Qarabağ müharibəsi zamanı düşmənə qan udduran xüsusi təyinatlı qüvvələrin komandanlarından biri kimi şanlı döyüş yolu keçib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Kənan Seyidova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.
Kənan Seyidov İmişli rayonunun Bəhramtəpə qəsəbəsində anadan olub və 2003-cü ildə kapitan rütbəsində olarkən “Azərbaycan Bayrağı” ordeni, 2014-cü ildə polkovnik-leytenant rütbəsində olarkən düşmənə qarşı uğurlu xüsusi əməliyyatların həyata keçirilməsinə görə “Vətən uğrunda” medalı, 2016-cı ilin aprel döyüşlərindən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov








.jpg)

.jpg)

.webp)


.jpg)




















