Nida Xəbər
Ombudsman beynəlxalq təşkilatlara Ermənistanla bağlı hesabat ünvanladı
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən 4 may 2021-ci il tarixində yayımlanmış “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabat”ın ikinci hissəsi hazırlanaraq, beynəlxalq təşkilatlara ünvanlanıb.
Publika.az xəbər verir ki, hesabatın məqsədi Ermənistanda və onun hüdudlarından kənarda Birinci və İkinci Qarabağ müharibələri dövründə, habelə 2020-ci ilin iyul ayında baş verən Tovuz hadisələri zamanı azərbaycanlılara qarşı tətbiq olunan nifrət siyasətinin nəticələrini, həmçinin sosial şəbəkələrin erməni seqmetində azərbaycanlılara qarşı nifrət nitqinin istifadəsinə dair faktları dünya ictimaiyyətinin nəzərinə çatdırmaqdır.
Hesabatın hazırlanmasında sosial şəbəkələrdə, eləcə də yerli və xarici mətbuatda yayımlanan etibarlı mənbələrdən alınmış məlumatlardan istifadə olunub.
Ombudsman öz hesabatında Birinci Qarabağ müharibəsi dövründən itkin düşən şəxslərin taleləri, Ermənistanın siyasi və hərbi hakimiyyətinin insan hüquq və azadlıqlarına qarşı hörmətsizliyi, hüququn aliliyi prinsipinə etinasızlığı ilə bağlı narahatlığını ifadə edir və beynəlxalq təşkilatları, milli insan hüquqları təsisatlarını yeni münaqişə ocaqlarının yaranmasına səbəb olacaq bu cür əməllərə son qoymaq üçün səylərini birləşdirməyə çağırır.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi












.jpg)






















.jpg)
.jpg)
