Nida Xəbər
Hulusi Akar: "Türkiyə-Azərbaycan birgə təlimləri bölgədə sabitliyə yönəlib"
"Türkiyə-Azərbaycan birgə təlimləri bölgədə sabitliyə yönəlib".
Publika.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, bunu Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar Konyada “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərində keçirilən "Yüksək səviyyəli müşahidəçi günü"ndə deyib.
Hulusi Akar birgə təlimlərin keçirilməsini yüksək qiymətləndirdiyini qeyd edib.
İkitərəfli hərbi əməkdaşlığın inkişafının vacibliyini bildirən H.Akar bu təlimlərin hərbçilərimizin təcrübə qazanması üçün çox vacib olduğunu, iki ölkə arasındakı hərbi əməkdaşlığın xalqlarımız və ölkələrimizin təhlükəsizliyinə və bölgədəki sabitliyə yönəldiyini xüsusi vurğulayıb.
Qeyd edək ki, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın dəvətilə qardaş ölkədə səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərində keçirilən "Yüksək səviyyəli müşahidəçi günü"ndə iştirak etmək üçün bu gün Konya şəhərinə gəliblər.
Təlimlərin keçirildiyi ərazidə fəxri qarovulun iştirakı ilə Azərbaycan nümayəndə heyətinin təntənəli qarşılanma mərasimi olub.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi












.jpg)






















.jpg)
.jpg)
