Nida Xəbər
Bu, Azərbaycan dövlətinin dinə verdiyi dəyəri göstərir - RƏY
Erməni vandalizmini tək müsəlman məbədlərində, xristian məbədlərinə qarşı da görürük. Onlar Qarabağ ərazisindəki qədim Qafqaz-Alban kilsəsinə məxsus abidələrdir. Bu abidələrə qarşı bir növ mənəvi terror həyata keçiriblər. Bir qismini özününküləşdiriblər, bir qismini dağıdıblar, amma tarix öz sözünü deyir. Artıq nəyin dəyşdirildiyi bəllidir. Çünki qədim abidənin üstündə hansısa dəyişiklik ediləndə, bu dəyişiklik özünü büruzə verir.
Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov deyib. Ekspert bildirib ki, ermənilərin tarixi saxtalaşdırmaq cəhdləri uğursuzdur:
“Eyni münasibəti Xudavəng monastırında görürük. Bu monastır Kəlbəcər rayonu ərazisində yerləşir və tarixən azərbaycanlılar bu alban xristian abidəsini qoruyub saxlayırdılar. Azərbaycanlılar onu qoruyub saxladığı müddətdə ermənilər bu məbədi özününki kimi qəbul etmirdi. Amma 1993-cü ildən sonra Kəlbəcər rayonu Ermənistan tərəfindən işğal olundu. İşğaldan sonra biz artıq o kilsənin qədim erməni kilsəsi olduğu iddialarına rast gəlməyə başladıq. Ermənilər orada müəyyən dəyişikliklər etdilər. Kilsədə ayinlər icra etməyə başladılar, indi də onun özününkü olduğunu irəli sürürlər. Halbuki, tarixi faktlar onu göstərir ki, Xudavəng məbədi erməni abidəsi deyil, qədim alban kilsəsidir. Eynisini Laçındakı Ağoğlan məbədi və Tuğdakı xristian abidələri haqqında da deyə bilərik. Qarabağın müxtəlif yerlərində belə abidələrin sayı çoxdur.
.jpg)
Şükürlər olsun ki, Qarabağ artıq işğaldan azad olunub və dövlət tərəfindən bu abidələrə xüsusi qayğı göstərilir. Müsəlman məbədləri ilə yanaşı, xristian məbədləri də qoruma altındadır və yavaş-yavaş təmir-bərpa işlərinə başlanılacaq. Bu, əslində Prezidentin timsalında Azərbaycan dövlətinin dinə verdiyi dəyəri göstərir. Nəinki müsəlman abidələrinə, eyni zamanda Azərbaycanın xristian irsinə də sahib çıxdığını göstərir. Həqiqətən də görürük ki, Azərbaycanda mövcud olan xristian və yəhudi məbədlərinə də qarşı xüsusi diqqət var. Bakıda və digər bölgələrdə müxtəlif kilsələr təmir olunub. Ermənilərdən fərqli olaraq, biz erməni kilsəsinə qarşı da vandalizm aktları həyata keçirməmişik. Bu gün Bakının mərkəzindəki kilsədə yüzlərlə erməni dilində dini ədəbiyyat saxlanılır və birbaşa dövlətin qoruması altındadır”.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi












.jpg)






















.jpg)
.jpg)
