Nida Xəbər
Ermənistan uşaq qatilidir, bunu dünya bilməlidir - Öztürk
"Bu gün Halil Kahramanla birgə burda olmaqdan qürur duyuram. Onunla 44 günlük müharibə boyunca çiyin-çiyinə çalışdıq. İş həyatımda ilk dəfə Ermənistanın törətdiyi cinayətləri görüb, əsəb keçirdim".
Publika.az Report-a istinadən xəbər verir ki, bunu türkiyəli jurnalist Fulya Öztürk "Fulya" filminin təqdimatında jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu film ermənilərin insanları necə qətlə yetirdiyinin sübutudur: "Açığı, filmə mənim adımın verilməsinə əvvəl razı olmadım. Ermənistanın Bərdədə və Gəncədə törətdikləri gözümün qabağında baş verdi. Normalda soyuqqanlıyam, lakin Azərbaycanda baş verənlərə soyuqqanlı qala bilmədim. Gəncədə dağıntıların altından insan cəsədlərinin çıxarılmasını öz gözlərimlə gördüm. Dolayısı ilə bu filmi Ermənistanın uşaq qatili olmasının sübutu kimi bütün dünyanın görməsini istəyirəm. Biz Bərdə və Gəncə hadisələrinin çəkilişlərindən hotelə qayıtdıqda Avropa və Amerika kanallarına baxırdıq, onların heç biri bu faciədən danışmırdılar. Biz də deyirdik ki, əgər dünya bu faciəni göstərmirsə, biz göstərəcəyik".
"Müharibə zamanı faciələri görməklə yanaşı, şükür ki, zəfəri də yaşadıq. Ermənistan bir uşaq qatilidir, bunu bütün dünya bilməlidir. Bu film də bunun sübutudur. Amma Zəfər günü ilə bütün dünya gördü ki, Azərbaycan öz haqlı qələbəsini qazandı.Əsas qəhrəmanlar biz deyilik, bu zəfəri bizə yaşadan, əsgərlər, şəhidlər, onların ailələridir. Hər zaman deyildiyi kimi, Qarabağ Azərbaycandır!", - F.Öztürk əlavə edib.
Qeyd edək ki, bu gün Nizami Kinoteatrında "Fulya" filminin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Mədəniyyət naziri Anar Kərimov, incəsənət xadimləri və media nümayəndələri iştirak edib.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu









.jpg)

.jpg)

























.jpg)


