Nida Xəbər
Ombudsman Ermənistanın törətdiyi təxribatlarla bağlı BƏYANAT YAYDI
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın sərhəddə törətdiyi genişmiqyaslı təxribatlarla bağlı bəyanat yayıb.
Publika.az xəbər verir ki, bəyanatda deyilir:
"Azərbaycan Respublikasının dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları istiqamətindəki yüksəklikləri ələ keçirmək məqsədilə Ermənistan hərbi birləşmələri 16 noyabr 2021-ci il tarixdə qəfil hərbi əməliyyata başlayıb. Azərbaycanın döyüş postlarının müxtəlif çaplı atıcı silahlardan və qumbaraatanlardan intensiv atəşə tutulması nəticəsində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb.
Beynəlxalq hüquq normalarının, eyni zamanda Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın tələblərinin Ermənistan tərəfindən növbəti dəfə qəsdən pozulması, yeni münaqişə ocaqlarının yaranmasına, günahsız insanların qətlə yetirilməsinə və yaralanmasına səbəb olmaqdadır.
Bu kimi təxribatçı hərəkətləri regionda dayanıqlı sülhün bərqərar olmasına, öz doğma ata-baba yurdlarından zorla qovulmuş çoxsaylı məcburi köçkünlərin geri qayıtmalarına ciddi təhdid hesab edir və qarşı tərəfi fundamental insan hüquqlarına hörmətlə yanaşaraq təcavüzkar əməllərindən əl çəkməyə çağırırıq".
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi












.jpg)






















.jpg)
.jpg)
