Nida Xəbər
PA rəsmisi: "Ermənistanda azərbaycanlılara məxsus 2000 toponim dəyişdirilib, 850 bina dağıdılıb"
"Ermənistan dünyada yeganə ölkədir ki, İrəvanın memarlıq simasını tamamilə dəyişib. İrəvan qalasının izi silinib. Orada yalnız Göy məscid qalıb. Ermənistanda 850 bina dağıdılıb. Onlar dünyaya car çəkirlər ki, İrəvan qədim şəhərdir, lakin tarixi yerləri dağıdıblar, 2 000 toponimi tamamilə dəyişdiriblər".
Publika.az xəbər verir ki, bu fikirləri Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundov "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ermənilərin törətdikləri dünyada görülməyən vəhşiklərdir: "Onlar Azərbaycan mədəniyyətinin bütün izlərini silmək istəyirlər. Dağıntıların şəkillərini çəkmək və saxlamaq lazımdır. Çünki orada bərpa işləri aparılacaq və dağıntılar qalmayacaq".
"Hazırda döyüşlərdən də ağır informasiya savaşı gedir. Ermənilərin etdiyini dünyaya göstərmək lazımdır", - F.Axundov bildirib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi












.jpg)






















.jpg)
.jpg)
