Nida Xəbər
DİN nümayəndə heyəti INTERPOL-un Baş Assambleyasının sessiyasında iştirak edir
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) nümayəndə heyəti Beynəlxalq Kriminal Polis Təşkilatı - INTERPOL-un Baş Assambleyasının sessiyasında iştirak edir.
DİN-in mətbuat xidmətindən Publika.az-a bildirilib ki, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimovun rəhbərliyi ilə INTERPOL-un Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Əlaslan Ağayev, Büronun şöbə rəisinin müavini, polis polkovniki Hamlet Babayev və DİN-in Türkiyədəki nümayəndəsi, polis polkovniki Elşad Süleymanovdan ibarət nümayəndə heyəti INTERPOL-un Baş Assambleyasının noyabrın 23-dən 25-dək İstanbulda keçirilən 89-cu sessiyasında iştirak edirlər.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyənin daxili işlər naziri Süleyman Soylu ilə görüşü olub.
S.Əzimov Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun səmimi salamlarını Türkiyənin daxili işlər naziri Süleyman Soyluya çatdırıb.
Görüşdə qeyd olunub ki, bu gün iki qardaş ölkə arasındakı səmimi dostluq və qardaşlıq münasibətləri Daxili İşlər nazirliklərinin qarşılıqlı fəaliyyətinə çox müsbət zəmin yaradıb.
S.Soylu da onun səmimi salamlarını nazir Vilayət Eyvazova çatdırmağı xahiş edib.
Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər müzakirə edilib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi












.jpg)






















.jpg)
.jpg)
