Nida Xəbər
AFAD nümayəndə heyəti FHN-in Akademiyasında olub - VİDEO
Ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi Fəlakət və Fövqəladə Hallar Departamenti (AFAD) rəhbərinin müavini İsmayıl Palakoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti 3 dekabr 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında olub.
Publika.az xəbər verir ki, qonaqları salamlayan Akademiyanın rəisi general-mayor Baba Salayev AFAD təmsilçilərini rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu bildirib. Akademiyanın fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verən B.Salayev burada tədris prosesinin yüksək səviyyədə təşkili üçün hərtərəfli şəraitin yaradıldığını deyib. O, Akademiyada təhsilin iki ixtisas üzrə bakalavriat və magistratura səviyyəsində təşkil olunduğunu açıqlayıb.
Səmimi görüşə görə təşəkkürünü bildirən Türkiyə Respublikasının Fəlakət və Fövqəladə Hallar Departamenti rəhbərinin müavini İsmayıl Palakoğlu FHN Akademiyasında olmaqdan məmnunluq ifadə edib. Qonaq təmsil etdiyi qurum haqqında danışıb, fövqəladə halların qarşısnın alınması və nəticələrinin aradan qaldırılması istiqamətində yüksək ixtisaslı kadrların mühüm rol oynadığını qeyd edib. İ.Palakoğlu hər bir sahədə olduğu kimi, fövqəladə hallarla mübarizə sahəsində də kadr potensialının gücləndirilməsinin əhəmiyyətini önə çəkərək bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin vacibliyinə toxunub.
Sonra tədbirdə AFAD-ın fəaliyyət istiqamətlərindən bəhs edən videoçarxlar nümayiş olunub. AFAD Planlama və riskazaltma şöbəsinin müdiri Abdulkadir Tezcan qurumun fəaliyyət istiqamətləri, fövqəladə halların qarşısının alınması, risklərin idarə edilməsi və təsirinin azaldılmasına dair görülən işlər barədə məlumat verib.
Daha sonra qonaqlar Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub, fənn kabinetləri və kitabxanaya baş çəkib, ali təhsil müəssisəsinin maddi-texniki bazasını və 10 illik fəaliyyətini əks etdirən Muzeyə baxıblar.
Sonda xatirə şəkli çəkdirilib.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı











.jpg)




.jpg)





















.jpg)

.jpg)