Nida Xəbər
“Vikipediya” Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği üçün uğurlu platformadır
Son vaxtlar “Vikipediya”nın xarici dil bölmələrində ölkəmizlə bağlı yaradılan məqalələr ciddi və etibarlı mənbələrə əsaslanır. “Vikipediya” Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği baxımından uğurlu platformadır.
Publika.az-a bu barədə “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.
O, onlayn ensiklopediyanın xarici dil bölmələrində fəallığın artırılmasının vacibliyini vurğulayıb. Bildirib ki, “Vikipediya”da düzgün və qaydalar çərçivəsində məqalələr yaradılması vacib amillərdən biridir. Xüsusilə məqalələr etibarlı istinadlarla yaradılarsa, bu, işin keyfiyyətli, məzmunlu ortaya çıxmasına səbəb olacaq. “Qorqud” Vikipediya Metodik Klubunun ekspert və könüllüləri zəngin məqalələr yaradılmasını uğurla həyata keçirirlər. Son iki həftədə könüllülər tərəfindən onlayn ensiklopediyada Hüseyn Cavid və Tofiq Bəhramovun heykəlləri (Bakı), Zöhrabbəyovun evi, heykəltaraş Həyat Abdullayeva, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə Türk Silahlı Qüvvələrinin generalı Səməd bəy Rəfibəyli, AXC ordusunun zabiti Baba bəy Behbud, AXC Parlamentinin üzvü Lorens Kun, Ələkbər Tağıyevin “Sənə qurban” mahnısı, Mikayıl Müşfiqin atası, şair, yazıçı Mirzə Əbdülqədir Vüsaqi haqqında ingilis, rus, türk, özbək, italyan, rumın, ispan, portuqal dillərində məqalələr yaradılıb və əsaslı şəkildə redaktə olunub. Etibarlı istinadlarla yaradılan məqalələr xarici auditoriya üçün geniş informasiya deməkdir. Bu gün “Vikipediya”da məqalələrin etibarlılığını stimullaşdıran əsas amil dəqiq və akademik mənbələrə söykənməsidir.
Qeyd edək ki, “Qorqud” Vikipediya Metodik Klubu fəaliyyətə başladığı dövrdən ölkə daxilində və xaricində bir çox təlimlər keçirib. Bunun nəticəsində isə təlim keçmiş gənclər tərəfindən Azərbaycan və xarici dillərdə olan “Vikipediya”da əsaslı redaktələr aparılıb, çoxsaylı məqalələr yaradılıb. “Qorqud” Vikipediya Metodik Klubu Milli Məclisin deputatı Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılıb.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı











.jpg)




.jpg)





















.jpg)

.jpg)