Nida Xəbər
Azərbaycan Ulu öndərin irsi əsasında hərtərəfli inkişaf edir - Hacıyev
Ulu öndər Heydər Əliyevin xatirəsini böyük hörmət və ehtiramla yad edirik. Azərbaycan xalqının, dövlətçiliyinin tarixində ümummilli lider Heydər Əliyevin müstəsna və əhəmiyyətli rolu var. Azərbaycan dövlətçiliyinin təməlinin qoyulması və möhkəmlənməsi, ölkəmizin inkişafı bilavasitə Ulu öndərin adı ilə bağlıdır.
Publika.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ümummilli lider Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar İstanbulda keçirilən anım mərasimində jurnalistlərə açıqlamasında bildirib.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğal siyasətinə baxdıqda, ilk növbədə, Heydər Əliyev şəxsiyyətinin onların qarşısında duran ən böyük maneə olduğunu vurğulayan Prezidentin köməkçisi deyib: “1980-ci illərin sonunda Ulu öndərin SSRİ-nin Mərkəzi hakimiyyət orqanlarında tutduğu vəzifələrdən kənarlaşdırılması ilə Azərbaycan xalqına qarşı mənfur siyasətin başlamasının bütün çalarlarını görürük. Çünki onların qarşısında ən böyük sipər Ulu öndər amili idi. Həmin dövrdə Azərbaycana qarşı o mənfur planları planlaşdıranlar və həyata keçirənlər hər şeyi çox gözəl hesablamışdılar. Amma onlar bir amili görə bilmədilər - Azərbaycan xalqının müdrikliyini. Onlar 1993-cü ildə xalqın israrlı tələbi ilə Ulu öndərin hakimiyyətə qayıtması nəticəsində ölkəmizin yenidən qurulması prosesini nəzərə almamışdılar. Heydər Əliyevin qoyduğu dövlətçilik irsi bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ötən il noyabrın 8-də, Şuşa işğaldan azad olunduğu gün Prezident İlham Əliyev Ulu öndərin məzarını ziyarət edərkən bu sözləri dedi: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Bəli, Ulu öndərin Azərbaycan xalqı və xüsusilə də Ali Baş Komandan qarşısında qoyduğu əsas vəzifə Qarabağın işğaldan azad edilməsi idi. Ulu öndər məcburi köçkünlərlə görüşlərinin birində, əminliklə deyirdi ki, biz Laçına da, Kəlbəcərə də, Şuşaya da qayıdacağıq, işğal altında olan digər torpaqlarımıza da qayıdacağıq. Bu, həqiqətən də belə oldu. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan xalqı o torpaqlara qayıtdı və qüdrətini bir daha göstərdi”.
Hikmət Hacıyev bildirib ki, bu gün Azərbaycan dövləti Ulu öndərin qoyduğu irs əsasında hərtərəfli inkişaf edir, beynəlxalq aləmin layiqli üzvüdür və ölkəmizin dünyada artan nüfuzu hər kəsin gözü önündədir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)


















.jpg)
.jpg)

