Nida Xəbər
Əvəz Temirxandan Lalə Şövkətlə bağlı AÇIQLAMA
Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkətin səhhəti yaxşıdır. Partiya toplantılarına rəhbər göstərişləri verir. Bu gün Liberal Partiya Lalə Şövkətin prinsipləri əsasında idarə edilir. Hazırda partiyamız normal fəaliyyətini davam etdirir. Hələlik bizə qərargah verilməyib. Vaxtilə istədik vermədilər, indi də istəyimiz yoxdur.
Publika.az xəbər verir ki, bunu Teleqraf.com-a Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan deyib.

ALP sədri qərargahla təmin edilən partiyalara təbriklərini çatdırıb: “Liberal Partiya vaxtilə qərargah istəmişdi. İndiki halda isə belə bir təklif edilməyib, ola bilsin biz müraciət etməmişik. Amma hazırda partiyalarla bağlı aktiv bir durum var. Siyasi partiyalarla dialoq müstəvisində mühüm işlər görülür. Amma bunun yekunu müsbət olacaqsa, daha yaxşıdır, təqdirəlayiqdir”.
Ə.Temirxan dövlətin təklif etdiyi dialoqla bağlı görüşlərdə, təmaslarda iştirak etdiyini deyib: “Qarşılıqlı dialoq da aparmışıq. Ümummilli məsələlərdə ünsiyyətimiz, məsləhətləşmələrimiz olub. Amma biz Azərbaycanda ümumi bir fikir əsasında beyin mərkəzinin yaradılmasının tərəfdarıyıq. Hazırda siyasi müstəvidə istiqamətlər doğru götürülüb. Bu proses davam etməli, genişlənməli və dərinləşməlidir. Vətən müharibəsi dövründə Azərbaycanda mövcud olan siyasi partiyaların mütləq əksəriyyəti milli birlik naminə siyasi iradə nümayiş etdirdi. İndi isə biz artıq qalib millətik. Düşmənimizə qalib gəlmişik. Ona görə də qələbə şəraitinə uyğun siyasət yürütməliyik”.
Partiya sədrinə görə, iqtidarın siyasi partiyalarla bağlı xoşniyyətli addımları bitməyib:
“Resurslar çox böyükdür. Milli barış kontekstində Qarabağı azad edən millət kimi davranışlarımızı formalaşdırmalıyıq. Bunun üçün ölkə rəhbəri Prezident İlham Əliyevin geniş potensialı var. Çünki bu gün qalib Ordunun Ali Baş Komandanı kimi onun böyük bir inam resursu mövcuddur”.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi








.jpg)

.jpg)
























