Nida Xəbər
“Vikipediya”nın özbək dili bölməsində Salatın Əsgərova haqqında məqalə yaradıldı
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Vikipediya Elektron Ensiklopediyasında Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsinin şəhidi Salatın Əsgərova haqqında özbək dilində məqalə yaradılıb.
Publika.az xəbər verir ki, bu barədə “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

Azərbaycanın ilk qadın şəhid jurnalisti Salatın Əsgərova 1991-ci il yanvarın 9-da Laçından Şuşaya gedərkən Qaladərəsi kəndi yaxınlığında ermənilər tərəfindən amansızlıqla qətlə yetirilib.
Məqalədə bildirilir ki, Salatın Əsgərova Azərbaycan Neft və Kimya Institutunun (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirsə də, jurnalistikaya həvəs göstərib. O, 1984-cü ildə müqavilə ilə “Bakı” qəzetinə, 4 il sonra isə “Molodyoj Azerbaydjana” qəzetində işləməyə başlayıb.
Materialda deyilir ki, S. Əsgərovanın yazdığı məqalələr Azərbaycan torpaqlarının bütövlüyü ilə bağlı olub. O vaxtaşırı cəbhə xəttinə gedib, qaynar nöqtələrdən operativ materiallar hazırlayıb. Ailəsi, iş yoldaşları dəfələrlə onun döyüş bölgəsinə getməyinin qarşısını almağa çalışsalar da heç nəyə nail ola bilməyiblər.
Məqalədə vurğulanır ki, S.Əsgərovanın sonuncu yazısı Xocalıdakı xüsusi təyinatlı polis dəstəsinin fəaliyyətindən bəhs edən “Omonçular” məqaləsi olub.
Yazıda Azərbaycan döyüşçülərinin qəhrəmanlığı, igidliyi haqqında ətraflı söhbət açılıb.
Məqalə bu cümlələrlə bitir: ”SSRİ prezidentinin DQMV-də qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi barədə fərmanına əməl olunmursa, respublikamızda prezident idarəçiliyinə nə ehtiyac var? Azərbaycan nəyə görə Mərkəzi rəhbərliyin yeni idarəetmə üsullarının sınaq meydanına çevirilməlidir? Bu suallara mütləq cavab alınmalıdır”.
Vikipediya Ensiklopediyasında yaradılan Salatın Əsgərova haqqında Özbək dilində məqalə ilə buradan tanış olmaq mümkündür.
Qeyd edək ki, Mərkəzin “viki” könüllüləri bir müddətdir ki, “Qorqud” Vikipediya Metodik Klubunun təlimlərində fəal iştirak edirlər. Könüllülər Azərbaycan tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri haqqında məqalələr yaradırlar və əaslı mənbələrlə redaktə edirlər. Xüsusilə, qrup bir neçə müddətdir ki, “Vikipediya”nın özbək dil bölməsində Qarabağ həqiqətlərinin çatdırılması istiqamətində effektiv işlər görülür. Xatırladaq ki, mərkəz millət vəkili Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılıb.
-
Dünya11:48Netanyahudan Türkiyə etirafı: Bu şəhəri ələ keçirmək istəyirlər
-
Rəsmi xronika11:13İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi
-
Dünya10:24Bu ölkədə ara qarışdı: İsrail vətəndaşlarını axtarırlar, tapsalar...
-
Köşə10:00Messini “öldürməyin” yeganə yolu budur
-
İdman09:18Messi və dostları bu banneri açdılar, İngiltərəyə siyasi mesaj göndərdilər - FOTO
-
ABŞ08:24"Green card" almaq istəyənlərə pis xəbər - 100 min dollar təminat tələb ediləcək
-
ABŞ05:15Vensdən İran və İsraillə bağlı gözlənilməz etiraflar
-
Dünya02:44O da vəzifəsindən ayrılır







































