Nida Xəbər
Bu məhsullar üçün rüsum dərəcələri azaldıldı - Baş nazir qərar imzaladı
Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
Publika.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla gön və dəri məhsullarına tətbiq olunan müddətli ixrac rüsumlarının dərəcəsi endirilib.
Belə ki, ölkədə rəqabətqabiliyyətli qeyri-neft məhsulları istehsalının stimullaşdırılması, gön və dəri məhsullarının xammal kimi istifadə olunduğu istehsal və emal sahələri üzrə yerli sənaye müəssisələrinin xammal təchizatının yaxşılaşdırılması və səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə hazırlanıb.
Qərar xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının 4101 20 100 0, 4101 20 300 0, 4101 20 500 0, 4101 20 800 0, 4101 50 100 0, 4101 50 300 0, 4101 50 500 0, 4101 50 900 0, 4101 90 000 0, 4102 10 100 0, 4102 10 900 0, 4102 21 000 0, 4102 29 000 0 və 4105 10 000 0 alt yarımmövqelərində təsnifləşdirilən gön və dəri məhsullarına tətbiq olunan müddətli ixrac rüsumlarının mövcud dərəcəsi saxlanılmaqla, 4104 11 100 0, 4104 11 510 0, 4104 11 590 0, 4104 11 900 0, 4104 19 100 0, 4104 19 510 0, 4104 19 590 0 və 4104 19 900 0 alt yarımmövqelərində təsnifləşdirilən gön və dəri məhsullarına tətbiq olunan müddətli ixrac rüsumlarının dərəcəsinin 1000 kq üçün 350 ABŞ dollarından 150 ABŞ dollarına endirilməklə qüvvədə olma müddətinin 2023-cü il dekabrın 31-dək uzadılmasını nəzərdə tutur.
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?







.jpg)



.jpg)















.jpg)
.jpg)






