Nida Xəbər
Bakıda Xəzərlə bağlı beynəlxalq konfrans keçirilir
“İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və BMT-nin İnkişaf Proqramının dəstəyi ilə hibrid formatda beynəlxalq konfrans keçirilir.
Publika.az xəbər verir ki, tədbirdə Xəzəryanı ölkələrin nümayəndələri ilə birgə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İbrahim Quliyev, İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin katibi Abdallah Mokssit, BMT-nin İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyinin Rezident Nümayəndəsi vəzfəsini icra edən Çaru Bist, SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov və digər rəsmilər iştirak edib.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev videoformatda konfrans iştirakçılarına müraciət edib.
Çıxışda Xəzər dənizinin aktual problemləri, bu sahədə ölkəmizdə görülən tədbirlər, milli və regional uyğunlaşma planlarının və “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyası” timsalında regional əməkdaşlığın əhəmiyyəti barədə məlumat verilib.
Xəzəryanı ölkələrin mütəxəssislərinin, beynəlxalq təşkilatların nümayəndələrinin və xarici ekspertlərin iştirakı ilə keçirilən konfransda Xəzər dənizinin hazırkı və gözlənilən səviyyə tərəddüdləri, həmçinin iqlim və səviyyə proqnozlarını nəzərə alaraq milli və regional uyğunlaşma tədbirlərinin müəyyən edilməsi üçün əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə ediləcək.
Xəzər dənizinin problemləri ilə bərabər mütıxəssislər tərəfindən iqlim dəyişmələri üzrə hökümətlərarası ekspert qrupunun cari ilin iyun ayında Bonn şəhərində İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Elmi və Texniki aspektlər üzrə Yardımçı Təşkilatının 56-cı sessiyasında təqdim olunan qiymətləndirmə hesabatının nəticələri, son onillikdə iqlim dəyişmələri tempinin artması və gələcəkdə gözlənilən tərəddüdlərə dair aparılan araşdırmalar ətrafında fikir mübadiləsi aparılacaq.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)


















.jpg)
.jpg)

