Nida Xəbər
Milli Kino Günü təltiflər olacaq – ÖZƏL
“Azərbaycan Kinomatoqrafçılar Birliyinin 2022-ci il üzrə tədbirlər planı hazırlanır. İlin axırına qədər müəyyən tədbirlərimiz olacaq. Bundan başqa, avqustun 2-də Milli Kino Günü keçiriləcək. İstəyirik ki, həmin günlə bağlı bir sıra tədbirlər gerçəkləşdirək. Hələlik tədbirlərin siiyahısını konkretləşdirməmişik. Həmin günlə bağlı bir sıra kino xadimlərinin təltif edilməsi ilə bağlı siyahı hazırlayıb aidiyyatı üzrə təqdim etməyi düşünürük. Siyahıda kimlərin adının olacağını deyə bilmərəm. Çünki, bu məsələni təkbaşına həll eləmirəm”.
Bunu Publika.az-a açıqlamasında Xalq artisti, Azərbaycan Kinomatoqraçılar Birliyinin sədri Rasim Balayev deyib.
Rasim Balayev bildirib ki, bununla bağlı Birliyin katibliyi toplaşacaq və layiqli adamların adları siyahıya salınacaq:
“Ona görə adları açıqlamaq istəmirəm ki, adları biz yazsaq da, kimlərə fəxri adların verilib-verilməməsi bizlik deyil. Siyahıda neçə adamın adının olacağı da hələlik dəqiqləşməyib. Amma siyahını bu yaxınlarda təqdim edəcəyik. Yubileylər də keçirilə bilər. Yubileyləri əvvəlki kimi təntənəli keçirmirik. Amma kimlərinsə yubileyləri olacaqsa, biz onları ayrı-ayrılıqda, kiçik çərçivədə də olsa, təşkil etməyə çalışacağıq. Kimin yaşı yuvarlaqdırsa, onların yubileylərini keçirməyi düşünürük”.
Tural Turan
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı











.jpg)




.jpg)





















.jpg)

.jpg)