Nida Xəbər
Kiyevdən oliqarxa iddia: buğdamızı oğurlayıb Rusiyaya ötürür!
"Bizə məlumat daxil olub ki, İvanişvili və onun ətrafı Ukraynadan oğurlanmış malların, eləcə də buğdanın Gürcüstan ərazisindən Rusiyaya keçirilməsinə şərait yaradır”.
Publika.az xəbər verir ki, bu iddiaları Ukrayna Ali Radasının (Parlament) deputatı Yuri Kamelçuk "Mtavari TV”nin efirində səsləndirib.
“Bu işlər, xüsusilə 2,7 milyard funt-sterlinq biznesi Rusiya ilə bağlı olan oliqarx Bidzina İvanişviliyə aiddir. Yəqin onun tərəfdən də analoji maraq olacaq, biz onun marağı ilə bağlı çoxlu məlumatlar alırıq, həmçinin, onun ətrafındakılar sanksiyaya məruz qalan malların Gürcüstan ərazisindən Rusiyaya ötürülməsini asanlaşdıra bilir. Həmçinin Ukrayna ərazisindən oğurlanmış buğdanı... Biz müvəqqəti olaraq işğal olunmuş ərazilərə qayıdandan sonra daha ətraflı məlumat alacağıq və bu barədə beynəlxalq tərəfdaşlarımıza məlumat verəcəyik",- ukraynalı deputat deyib.
Onun sözlərinə görə, Ukraynaya qarşı fəaliyyət göstərən və Rusiyanın Ukraynada müharibəsini dəstəkləyən şəxslər mütləq sanksiya siyahısında olacaqlar.
Tural Turan
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı











.jpg)
























.jpg)

.jpg)