Nida Xəbər
Prezidentə Laçından məruzə edən korpus komandiri – general Kənan Seyidov kimdir? -DOSYE
Xəbər verdiyimiz kimi Azərbaycan Ordusu Laçın şəhərinin mərkəzində Azərbaycan bayrağını ucaldıb.
Bu barədə Laçın şəhərinin mərkəzindən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə məruzə olunub.
“Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan! Əmrinizə əsasən, Azərbaycan Ordusu Laçın şəhərini, Zabux, Sus yaşayış məntəqələrini tam nəzarətə götürdü. Laçın şəhərinin mərkəzində Azərbaycanın dövlət bayrağı dalğalanır. Yaşasın Azərbaycan! Yaşasın Müzəffər Ali Baş Komandan! Qarabağ Azərbaycandır”, - deyə Ordu Korpusunun komandiri, general-mayor Kənan Seyidov məruzə edib.
Publika.az Ali Baş Komandana məruzə edən Ordu Korpusunun komandiri, general-mayor Kənan Seyidovla bağlı hazırladığı yazını təqdim edir.
Kənan Əlihüseyn oğlu Seyidov 1 may 1974-cü ildə İmişli rayonunun Bəhramtəpə qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun general-mayoru və Xüsusi Təyinatlı Qüvvələrinin sabiq komandan müavini, 5-ci Ordu Korpusunun komandiri, Vətən Müharibəsinin komandanlarından biri, Vətən Müharibəsi Qəhrəmanıdır.
Kapitan Kənan Seyidov Azərbaycan Prezidenti Heydər Əliyevin 24 iyun 2003-cü il tarixli 887 nömrəli sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
2014-cü ildə mayor Kənan Seyidova polkovnik-leytenant hərbi rütbəsi verilib.
Polkovnik-leytenant Kənan Seyidov Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2014-cü il tarixli 575 nömrəli sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib.
Polkovnik-leytenant Kənan Seyidov Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli 1967 nömrəli sərəncamına əsasən “İgidliyə görə” medalı ilə təltif olunub.
20 noyabr 2020-ci il tarixdə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə polkovnik Kənan Seyidova general-mayor ali hərbi rütbəsi verilib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Kənan Seyidova Vətən Müharibəsi Qəhrəmanı adı verilib.
Vətən müharibəsi dövründə Xüsusi Təyinatlı Qüvvələrin komandan müavini olan Kənan Seyidov Cəbrayıl şəhərinin, Füzuli şəhərinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib. Kənan Seyidov Prezident İlham Əliyevin 24 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”, 25 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Füzulinin azad edilməsinə görə” və 29 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Onu da qeyd edək ki, Kənan Seyidov 2016-cı il Aprel döyüşlərinin iştirakçısıdır. O, Aprel döyüşləri zamanı yaralanıb. Sağaldıqdan sonra orduda xidmətini davam etdirib.
Kənan Seyidov 2021-ci ilin iyulunda Prezident İlham Əliyevin sərəncamı ilə Xüsusi Təyinatlı Qüvvələr komandanının müavini vəzifəsindən azad edilərək, 5-ci Ordu Korpusunun komandiri təyin edilib.
Qeyd edək ki, Vətən Müharibəsi Qəhrəmanı adına 83 nəfər layiq görülüb. Bu yüksək fəxri adı cəmi 5 general alıb ki, onlardan biri də Kənan Seyidovdur. Digər generallar isə Mehdiyev İlham İsmayıl oğlu, Mirzəyev Hikmət İzzət oğlu, İslamzadə Namiq Sərəfruz oğlu və Məmmədov Zaur Sabir oğludur.
Səxavət Həmid
-
Rəsmi xronika13:26İlham Əliyev sərəncam imzaladı
-
Dünya12:52Türkiyənin yeni dəhlizi İsraildə təşviş yaratdı: Təl-Əviv bölgədəki mövqeyini itirir
-
Sosial12:46Pensiya yaşı ilə bağlı deputatdan təklif: 3 və daha çox uşağı olanlar...
-
İdman12:40“Qarabağ”ın ingilislərlə 8-ci dueli: 10 illik həsrət bitəcək?
-
MDB11:30Moskvada görüş: Şoyqu Azərbaycan və Ermənistandan olan həmkarları ilə nəyi müzakirə edəcək?
-
Nida Xəbər 11:06Mirzoyan sülh müqaviləsindən danışdı: Bu, üçüncü dövlətlərə imkan verməyəcək ki...
-
Magazin210:24Xalq artistinin biznesi təhlükədə: Qızının adını daşıyan brend əldən gedir - FOTO
-
Dünya09:00“Taurus” raketlərinin Ukraynaya verilməsi riski barədə XƏBƏRDARLIQ: "MI6 nəsə hazırlayır"




































