Nida Xəbər
"Hər şey qurultayda həll olunacaq” – Amaşov DANIŞDI
“Mən təşkilatdan, Mətbuat Şurasından, sədrlikdən getməmişəm. Bu, səhv yayılmış məlumatdır və həqiqətləri özündə əks etdirmir”.
Bunu Publika.az-a açıqlamasında Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov MŞ sədrliyindən istefa verməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Əflatun Amaşovun sözlərinə görə, hazırda rəhbərlik etdiyi qurum qurultaya hazırlaşır:
“Vəziyyət belədir ki, Azərbaycan jurnalistlərinin qurultayının vaxtından bir neçə ay keçib. Qurultay gözlənilir. Mətbuat Şurasının İdarə Heyətinin yaxın günlərdə keçirilən iclasında qurultayın vaxtını müəyyənləşdirəcəyik. Hər şey qurultayda müəyyən olunacaq. Qurultayda namizədliyimi verib-verməyəcəyimi də dəqiqləşdirməmişəm. Hələ vaxta çox var. Hadisələri qabaqlamaq istəmirəm. Əflatun Amaşovun qalacağı, gedəcəyini hələ bilmək olmaz. Bunların hamısı qurultayda həll olunan məsələlərdir. İndi əsas məsələ qurultayı təşkil etməkdir. Hər şey jurnalistlərin səlahiyyətindədir. Hər şeyi onlar müəyyənləşdirirlər. Sədrlik də heç kimə tapşırılmayıb, hazırda sədr mənəm. İndi də sədr kreslosunda oturub sizinlə danışıram. Görünür, bu cür yanlış məlumatın yayılması kiminsə marağındadır”.
Rəşad Məcid isə mediaya verdiyi açıqlamasında bildirib ki, o, Əflatun Amaşovun MŞ sədrliyindən istefa verməsi ilə bağlı məlumatsızdır.
Tural Turan
-
MDB17:24Priqojinin sirri illər sonra üzə çıxdı: Qiyamdan əvvəl ona ağır diaqnoz qoyulubmuş
-
Avropa16:51Avropada qalmaqal: Brüsseldə bu ölkənin casus şəbəkəsi aşkarlandı
-
Dünya16:10Ərdoğanın maaşı artırıldı: Görün nə qədər oldu
-
Maraq dünyası14:56Marsda yadplanetlinin tapançası tapıldı – Dünya bu FOTODAN danışır
-
İdman14:06Bu da Ançelottinin gəlini: Həyat yoldaşını braziliyalıların hücumundan xilas edib - FOTOLAR
-
MDB13:12Moskvadan İrəvana daha bir xəbərdarlıq: O tələdə pulsuz pendir olmayacaq
-
Rəsmi xronika12:31İlham Əliyev fərman imzaladı
-
Magazin112:00Məşhurluqdan həbsxanaya: Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar
































.jpg)




