Nida Xəbər
Ceyhun Bayramov UNESCO-nun xoşməramlı səfirini qəbul etdi - FOTO
Xarici işlər naziri Ceyhun Bayramov UNESCO-nun Xoşməramlı səfiri və mədəni diplomatiya üzrə xüsusi nümayəndəsi Hedva Seri qəbul edib.
Bu barədə Publika.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Ceyhun Bayramov Hedva Serin dünyada sülh naminə fəaliyyətini və bu xüsusda həyata keçirdiyi çoxsaylı layihələri məmnunluqla vurğulanıb. O, UNESCO üzrə Azərbaycan və Andorra Milli Komissiyaları və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Şuşada həyata keçirilən "Youth Art Camp" layihəsinə olan diqqətinə görə Hedva Serə təşəkkür ifadə edib. Şuşa şəhərinin Azərbaycan üçün əhəmiyyətini vurğulayan nazir, şəhərin azad edilməsindən sonra burada həyata keçirilən quruculuq işləri, habelə çoxsaylı beynəlxalq əhəmiyyətli tədbirlər barədə qarşı tərəfə məlumat verdi. Azərbaycanın müstəqilliyinin ilk günlərindən təcavüz siyasəti ilə üzləşdiyi, 2020-ci ildə 44 günlük müharibə ilə ərazilərini işğaldan azad etdiyi və hazırda beynəlxalq hüquq əsasında münasibətlərin normallaşması və sülhün təmin edilməsi istiqamətində səylər göstərdiyi qarşı tərəfin diqqətinə çatdırılıb.
Xanım Hedva Ser səmimi qəbula görə təşəkkür etdi. O, Azərbaycana cari il ərzində 3-cü səfərini reallaşdırdığını məmnunluqla vurğulayıb. Azərbaycandakı tolerantlıq, müxtəlif dinlərin və etnik qrupların bir arada sülh şəraitində yaşamaq ənənəsini yüksək qiymətləndirdiyini söylədi. UNESCO-nun Xoşməramlı səfiri və mədəni diplomatiya üzrə xüsusi nümayəndəsi “Sülhə gedən yol” layihəsindən bəhs edərək, Azərbaycanın bu layihəyə dəstək verdiyini minnətdarlıqla bildirdi və bu xüsusda hələ 2015-ci ildə Bakıda, müəllifi olduğu sülh abidəsinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın iştirakı ilə ucaldıldığını qeyd edib.
Görüş zamanı Azərbaycan tərəfindən humanitar sahənin, o cümlədən elm, təhsil, mədəniyyət inkişafı istiqamətində görülən işlər barədə məlumat, eləcə də inkişaf etməkdə olan ölkələrin tələbələrinə təhsil qrantlarının ayrılması, habelə bu ölkələrə humanitar yardımların ayrılması və s. barədə fikir mübadiləsi aparılıb.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO








.jpg)

.jpg)









.webp)













.jpg)


