Nida Xəbər
Ukraynada döyüşmək istəyən rusiyalı deputat: “Həyatım üçün qorxuram”
Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədr müavini Yuri Şvıtkin bildirib ki, həmkarlarının xüsusi hərbi əməliyyat zonasına getmək istəyini dəstəkləyir.
Publika.az xəbər verir ki, Y.Şvıtkin bu barədə "qazeta.ru"-ya danışıb.
Deputat deyib ki, o, Müdafiə Nazirliyinə ərizə ünvanlayıb, lakin cəbhəyə nə vaxt gedəcəyini bilmir.
“Rəsmi ərizələr Müdafiə Nazirliyinə və ya Milli Qvardiyaya verilir. Mən daha əvvəl Müdafiə Nazirliyinə müraciət etmişəm. Cəbhəyə nə vaxt göndəriləcəyimi bilmirəm. Bu kimi məsələlər səssizliyi sevir. Hər kəsin getmək və ya getməmək hüququ var. Əlbəttə, burada müəyyən bacarıq və motivasiya olmalıdır, amma bizim bir motivimiz var – vətəni müdafiə etmək. Mən düşünürəm ki, o, hamıda mövcuddur, amma müəyyən bacarıqlar mütləq olmalıdır: hərbi ixtisas, döyüş əməliyyatlarında iştirak. Amma mən bunu hər bir halda salamlayıram”, – deyə o bildirib.
Şvıtkinin sözlərinə görə, xüsusi hərbi əməliyyat zonasına getmək istəyən deputatların sayı artacaq. O, həyatı üçün qorxduğunu, lakin “vətəni müdafiəni” zəruri hesab etdiyini də əlavə edib.
“Biz kluarlarda Dövlət Dumasının deputatları ilə dəfələrlə danışmışıq, onlar da getmək istədiklərini bildiriblər. Düşünürəm ki, siyahı artacaq. Həyatım üçün nə qədər qorxuram, yaxud qorxmuram – bilirsiniz, yalnız axmaq heç nədən qorxmaz. Biz hamımız narahatıq, həm qohumlar, həm də dostlar – bu, ölkəmizin digər vətəndaşları kimi başadüşüləndir. Ancaq şəxsi nümunə və hesab edirəm ki, bu gün vətəni müdafiə etmək sadəcə bir peşə deyil, bu, hər bir ölkə vətəndaşının vətəndaş mövqeyidir, bu, bir peşədir”, – o qeyd edib.
Bundan əvvəl Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, Yuri Şvıtkin səfərbərliyə cəlb olunmaq üçün 6 ərizə verib. V.Volodin onlara baxılacağını və təmin ediləcəyini qeyd edib.
Cümə günü hakim “Vahid Rusiya” Partiyasının Baş Şurasının katibi Andrey Turçak daha dörd deputatın döyüş bölgəsinə yollanmaq istədiyini bildirib: Vitali Milonov, Dmitri Sablin, Dmitri Xubezov və Sergey Sokol.
Səxavət
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu









.jpg)

.jpg)

























.jpg)


