Nida Xəbər
Harris və Kisida: "Çinin Tayvan boğazındakı hərəkətləri məsuliyyətsiz təxribatlardır"
Yaponiyanın Baş naziri Fumio Kisida ilə ABŞ-ın vitse-prezidenti Kamala Harris arasında Tokioda keçirilən görüşdə ölkələrin nümayəndələri Tayvan ətrafındakı vəziyyəti müzakirə ediblər. Onlar Çinin Tayvan boğazındakı hərəkətlərini aqressiv və məsuliyyətsiz təxribat adlandırıblar.
Publika.az xəbər verir ki, bu barədə Ağ Evin saytında bildirilir.
Məlumata görə, tərəflər boğazda sülhün və sabitliyin qorunmasının vacibliyini də vurğulayıblar.
Görüş zamanı Kamala Harris Yaponiyanın keçmiş baş naziri Sindzo Abenin öldürülməsi ilə bağlı başsağlığı verib və onu ABŞ-Yaponiya alyansının hamisi adlandırıb.
Fumio Kisida və Kamala Harris Şimali Koreyanın ballistik raket buraxmasını pisləyiblər. Ölkələrin nümayəndələri KXDR-in nüvə və ballistik proqramının yaratdığı təhlükənin qarşısını almaq üçün birgə işləməyə söz veriblər.
Avqustun əvvəlində ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfər etməsi münasibətlərdə böhrana səbəb olub. Çin xanım Pelosinin səfərinə cavab olaraq ada yaxınlığında hərbi təlimlər keçirib, Nümayəndələr Palatasının sədrinə sanksiyalar tətbiq edib, ABŞ-la bir sıra sahələrdə əməkdaşlığı dayandırıb. Avqustun sonunda Vaşinqton Tayvan boğazında iki gəmi göndərib və daha sonra ABŞ hakimiyyəti Tayvana 1,1 milyard dollar dəyərində silah satmaq planlarını açıqlayıb.
Səxavət
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı











.jpg)




.jpg)





















.jpg)

.jpg)