Nida Xəbər
Vətən Müharibəsinin ilk ŞƏHİDLƏRİ – Onlar kimlərdir?
Xəbər verdiyimiz kimi, sentyabrın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər.
Dövlət başçısı və birinci xanım Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyublar.
Azərbaycan Prezidenti burada çıxış edib. Dövlət başçısı qeyd edib ki, şəhidlərimizin şərəfinə bu abidə - bu qaya parçası burada, Qaraxanbəyli kəndinin yaxınlığında ucaldılıb: "Qaraxanbəyli kəndi və digər beş kənd İkinci Qarabağ müharibəsinin ilk günündə azad edilmişdir. Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı - Füzuli rayonunun kəndləri və Cəbrayıl rayonunun kəndləri - Böyük Mərcanlı və Nüzgar kəndi müharibənin ilk günündə azad edilmişdir. İlk şəhidləri biz məhz burada, bu yerdə vermişik. Bu abidənin yanında düşmənin səngəri yerləşirdi. Bu istiqamətdə beş-altı müdafiə xətti mövcud idi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdi. Sözün əsl mənasında ölümə gedirdi, öz canını fəda edirdi ki, üçrəngli Bayrağımız Şuşada və o vaxt işğal altında olan digər bütün torpaqlarda dalğalansın. Öz canını fəda edirdi ki, Azərbaycan xalqı ləyaqətini bərpa etsin, ədaləti bərpa etsin və xalqımız öz torpaqlarına qayıtsın”.
Bəs 44 günlük Vətən müharibəsinin ilk şəhidi, yaxud ilk şəhidləri kimlərdir?
Publika.az bu barədə araşdırma aparıb.
Vətən müharibəsinin ilk şəhidi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının baş leytenantı və hərbi pilotu Xalid Həsən oğlu Gözəlovdur.
Xalid Gözəlov 4 yanvar 1996-cı ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. 2002-ci ildə Zaqatala şəhər 2 saylı tam orta məktəbdə təhsil almağa başlayıb. Orta təhsilini 2012-ci ildə Biləsuvarda yerləşən Oktay Babayev adına orta məktəbdə bitirib. 2012-2016-cı illərdə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında ali təhsil alıb. Subay idi.
Xalid Gözəlov akademiyanı bitirdikdən sonra 2016-cı ildə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında leytenant rütbəsi və pilot vəzifəsi ilə xidmətə başlayıb. 2019-cu ildə baş leytenant rütbəsi alıb.
Baş leytenant, hərbi pilot Xalid Gözəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 24 yaşlı Xalid Gözəlov 27 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı mayor, hərbi pilot Abbas Qasımovla birgə şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.
Vətən müharibəsinin başladığı birinci dəqiqələrdə şəhid olan Xalid Gözəlov və mayor Abbas Qasımov adlarını Azərbaycan tarixinə Vətən müharibəsinin ilk şəhidləri kimi yazıblar.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən Xalid Gözəlov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən Xalid Gözəlov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Xalid Gözəlov, həmçinin Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Prezident İlham Əliyevin 29.12.2020-ci il tarixli sərəncamına əsasən ölümündən sonra “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.
Bundan əlavə Xalid Gözəlov 18.08.2014-cü ildə “Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi” yubiley medalı, 18.08.2019-cu ildə “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi” yubiley medalı ilə təlrif olunub.
Vətən müharibəsi digər ilk şəhidi isə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının mayoru və hərbi pilot Abbas Rza oğlu Qasımovdur.
Abbas Qasımov 17 mart 1986-cı ildə Masis (Zəngibasar rayonunun) Rəhimabad kəndində anadan olub. Altı yaşı olanda atasını itirən Abbas Qasımov ailəsi ilə birgə 1988-ci ilin noyabr ayında ermənilər tərəfindən doğma rayonundan deportasiya edilir və Qasımovlar ailəsi Binəqədi rayonunda yaşamağa başlayır. 1993-2003-cü illərdə Binəqədi rayonunda F.İsgəndərov adına 157 nömrəli tam orta məktəbdə təhsil alıb. 2003-2007-ci illərdə isə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında ali təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qalıb.
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının mayoru olan hərbi pilot Abbas Qasımov 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Abbas Qasımov sentyabrın 27-də Füzuli döyüşləri zamanı baş leytenant Xalid Gözəlovla birgə şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.
Vətən müharibəsinin başladığı birinci dəqiqələrdə şəhid olan Abbas Qasımov və baş leytenant Xalid Gözəlov müharibənin birinci şəhidləri olublar.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən Abbas Qasımov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.
Düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərdiyinə, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən Abbas Qasımov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli sərəncamına əsasən Abbas Qasımov ölümündən sonra “Qubadlının azad olunmasına görə” medalı ilə də təltif olunub.
Bundan əlavə, pilot mayor Abbas Qasımov 26.06.2008-ci ildə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, 18.08.2009-cu ildə “Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi” yubiley medalı, 26.06.2013-cü ildə “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, 18.08.2014-cü ildə “Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi” yubiley medalı, 26.06.2015-ci ildə “Qüsursuz xidmətlərə görə” 3-cü dərəcəli medalı, 18.08.2019-cu ildə “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi” yubiley medalı və nəhayət Vətən müharibəsinin başlanmasına 3 ay qalmış – 26.06.2020-ci ildə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı ilə təltif edilib.
2021-ci ildə yaşadığı binanın divarında xatirəsini əbədiləşdirmək üçün xatirə lövhəsi vurulub.
Səxavət Həmid
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO