Nida Xəbər
Hərbi komissarı güllələyən şəxslə bağlı qərar verildi
Rusiyanın İrkutsk vilayətinin Ust-İlimsk şəhər məhkəməsi qanunsuz silah saxlamaqda, habelə şəhər hərbi komissarının həyatına qəsd etməkdə ittiham olunan yerli sakin Ruslan Zinin barəsində həbs qətimkan tədbiri seçib.
Publika.az xəbər verir ki, məhkəmənin mətbuat xidmətindən verilən məlumata görə, həmin şəxs iki ay həbsdə olacaq.
“Qətimkan tədbiri noyabrın 26-dək qüvvədədir. Bu müddət ərzində ibtidai istintaq tamamlana bilər”, - deyə şəhər məhkəməsindən aydınlıq gətirilib.
Qeyd edək ki, sentyabrın 26-da Ust-İlimskdə hərbi komissar Aleksandr Yeliseyev çağırış məntəqəsində ağır yaralanıb. Atəş açan 25 yaşlı yerli sakin dərhal yaxalanıb. Onunla bağlı regional istintaq komitəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət işi açıb. Bunlar 222-ci (qanunsuz olaraq odlu silah, odlu silahın əsas hissələri, döyüş sursatı əldə etmə, başqasına vermə, satma, saxlama və ya gəzdirmə) və 317-ci (hüquq-mühafizə orqanı əməkdaşının həyatına qəsd) maddələridir.
Həmin gün hərbi komissar Ust-İlimsk şəhər xəstəxanasında əməliyyat olunub, ertəsi gün isə o, sanitar aviasiya ilə İrkutsk vilayət xəstəxanasına göndərilib. Onun vəziyyəti hazırda sabit ağır qiymətləndirilir.
Səxavət
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO








.jpg)

.jpg)


























