Nida Xəbər
"Makron dərk etmir ki, Ermənistan qoşunlarını Qarabağdan çıxarmasa..." - Qüdrət Həsənquliyev
Publika.az BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Fransa prezidenti Makronun Praqadakı görüşdən sonra Azərbaycanın əleyhinə açıqlamasına münasibətini öyrənib:
- Qüdrət bəy, Fransa prezidenti Makronun Praqadakı nəticəsi olan 4 tərəfli görüşdən sonra gözlənilmədən Azərbaycanın əleyhinə danışması nə ilə əlaqədar ola bilər?Axı, bu görüşdən sonra çoxlarında sülh sazişinin imzalanmasına ümid yaranmışdı.
- Həmin görüşdən sonra rəsmi bəyənat yayıldı ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır.Bu bəyənat Azərbaycanın növbəti və böyük diplomatik uğuru idi. Ermənistanda bunu eşidən çoxları yasa batdı. Görünür Makrona 4 tərəfli görüşdə İlham Əliyevin yaratdığı auradan çıxması və nəticənin Azərbaycanın ciddi uğuru olmasını başa düşməsi üçün bir neçə gün lazım olub. Böyük ehtimalla erməni lobbisi də onu möhkəm danlayıb. Onun Azərbaycan əleyhinə danışması pərtlikdən qaynaqlanır. Bu açıqlaması ilə o görüşün nəticəsini sıfırlamaq istəyir. Amma anlamır ki, o, bununla bədbəxt erməni xalqına kömək etmir və Ermənistanı bir dövlət kimi məhv edəcək münaqişənin davam etməsinə yol açır. Makron dərk etmir ki, Azərbaycan daha 30 il danışıqlar aparmayacaq. Ermənistan 10 noyabr sazişi üzrə öhdəliklərini yerinə yetirib könüllü olaraq qoşunlarını Qarabağdan çıxarmasa biz onları məhv edəcəyik. Zəngəzur dəhlizinin isə açılmasına imkan yaratmasa Laçın dəhlizi də olmayacaq.
- Astanada MDB dövlət başçılarının zirvə toplantısında Tacikistan prezidentinin Rusiyanın onlarla keçmiş sovet respublikaları kimi davranmasına etiraz etməsinə münasibətinizi də bilmək istərdim.
O çıxışı bəziləri Rəhmanın "qəhrəmanlığı" kimi qələmə verməyə çalışsa da, mən tacik xalqına görə çox üzüldüm. Çıxış məzmun baxımından etirazdan çox yalvarışa bənzəyirdi. Həm də müstəqil dövlətin başçısına deyərlər ki, münasibətlər qarşılıqlı hörmətə əsaslanmırsa əməkdaşlıq etmə.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı











.jpg)




.jpg)





















.jpg)

.jpg)