Nida Xəbər
Bu ölkə Ukraynaya silah tədarükünü dayandırdı
İtaliya Ukraynaya yeni silah tədarükü hazırlamır.
Publika.az xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Quido Krozetto "Il Messaggero" qəzetinə müsahibəsində bildirib.
“Biz altıncı paketi hazırlamırıq və Ukraynaya raketlərin tədarükündən danışmırıq. Mən istisna etmirəm ki, gələcəkdə NATO və Avropa İttifaqı çərçivəsində Ukraynaya gələcək hərbi yardımla bağlı yeni sərəncam olacaq, lakin hələlik əvvəlki hökumətin vəd etdiyi silahların tədarükünü başa çatdırırıq”, - deyə o qeyd edib.
Krozetto xatırladıb ki, hərbi yardım parlamentdə böyük səs çoxluğu ilə təsdiqlənən qətnamə çərçivəsində həyata keçirilir.
“Bizim 31 dekabr tarixinə kimi hərbi təchizatla bağlı qərar qəbul etməyə imkan verən bir çərçivəmiz var”, - müdafiə idarəsinin rəisi bildirib.
Eyni zamanda o, siyasi müstəvidə məsələyə fərqli yanaşma ilə bağlı qərarın verilə biləcəyini də istisna etməyib.
Bundan əlavə, Krozetto danışıqları münaqişənin həlli üçün yeganə düzgün həll yolu adlandırıb.
“Mən münaqişənin lap əvvəlindən tərəflər arasında dialoqun zəruriliyindən danışıram. Hərbi əməliyyatları dayandırmaq, danışıqlar masası arxasına əyləşib sülhə nail olmaq lazımdır”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Rusiya Ukraynaya silah tədarükündə iştirak edən bütün ölkələrə diplomatik nota göndərib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, bu yüklər Rusiya Aerokosmik Qüvvələri üçün qanuni hədəfə çevrilir.
Səxavət
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)


















.jpg)
.jpg)

