Nida Xəbər
Partladılan Krım körpüsü bərpa olundu
Krım körpüsünün Taman yarımadasından Krıma gedən avtomobil hissəsi keçidlər dəyişdirildikdən sonra nəqliyyat üçün açılıb.
Publika.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti “Taman” Avtomobil Yolları İdarəsinin mətbuat xidmətinə istinadla məlumat yayıb.
Mütəxəssislərin fikrincə, partlayış nəticəsində zədələnmiş dörd keçidin dəyişdirilməsi iki aydan az vaxt aparıb.
“Bərpa işləri çərçivəsində nəqliyyat vasitələri Krım körpüsünün yolun sağ hissəsindən keçidi təmin edilib”, - mütəxəsislər qeyd ediblər.
Xatırladaq ki, oktyabrın 8-də Krım körpüsünün avtomobil hissəsində, Rusiya İstintaq Komitəsinin məlumatına görə, Ukraynanın xüsusi xidmət orqanları yük maşınını partladıb, yolun hərəkət hissəsini zədələyib və yaxınlıqdakı dəmiryol qatarında yanacaqla yanğına səbəb olub.
Noyabrın 7-də yeni aşırımların quraşdırılmasına başlanılıb. Hər birinin çəkisi 300 tondan çox olan konstruksiyalar Taman sahilindən quraşdırma yerinə çatdırılıb, daha sonra xüsusi platformalar və domkratlardan istifadə edərək dizayn vəziyyətində quraşdırılıb. Noyabrın sonunda körpünün avtomobil yolunun sağ hissəsinə asfalt-beton döşənməsinə başlanılıb.
Səxavət
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır








.jpg)

.jpg)



























