Nida Xəbər
Cənubi Azərbaycanda etirazlar gözlənilir - Sosial şəbəkələrdən başlayacaq
“İranda hər hansı diplomatik bir səfirliyə hücum olunması ilk dəfə deyil ki, baş verir. Bundan öncə Britaniya səfirliyinə, Səudiyyə Ərəbistanın səfirliyinə hücum olmuşdu. Hətta İran inqilabının başlanğıcında, İslam hakimiyyəti gəldikdən sonra Amerikanın səfirliyinə hücum olub və dipomatları girov götürülmüşdü. İndi isə bu hücum Azərbaycanın İrandakı səfirliyinə qarşı həyata keçirilib. İran rəsmiləri tələsik şəkildə hadisəni ailə-məişət zəmnində baş vermiş bir məsələ kimi qələmə verib. Bu onu göstərir ki, bu, tamamilə şübhəli bir hücumdur”.
Bu sözləri Publika.az-a açıqlamasında Britaniyanın “Natural Gas World” jurnalının və Almaniyanın “Deutsche Welle” teleradiosunun eksperti, güneyli yazıçı Dalğa Xatınoğlu deyib.

D. Xatınoğlu hesab edir ki, İran kəşfiyyat orqanlarının xəbəri olmadan belə bir hücumun gerçəkləşməsi qeyri-mümkündür.
“O səbəbdən də, ortaya atılmış və səsləndirilən bu absurd fikir xalqın, özəlliklə də, cənubi azərbaycanlıların düşüncəsini yayındırmaq üçündür. Amma bu, artıq çox çətin və mümkünsüzdür”,- o, deyib.
O vurğulayıb ki, İrandakı azərbaycanlılar hər zaman Azərbaycanda yaşayan soydaşlarına öz dəstəklərini nümayiş etdiriblər:“Biz İkinci Qarabağ müharibəsində də gördük ki, onlar necə əzmlə, necə möhkəm dayanıb Azərbaycan tərəfini dəstəklədi. Baxmayaraq ki, İran, rəsmən Ermənistana silah göndərməklə onun tərəfini tuturdu və bu hal hələ də davam edir. Amma İranda yaşayan türklər aksiyalar keçirməklə, öz mövqelərini açıq-aşkar bildirməklə İran hökumətinə təzyiqlərini göstərdilər və soydaşlarını tək qoymadılar”.
Yazıçının sözlərinə görə, cənubi azərbaycanlılar mövqelərini bildirəcəklər.
“Hazırda, ola bilsin ki, aksiyalar keçirilməsin, xalq küçələrə axınışmasın, amma bu terror hadisəsi güneydə yaşayanların ürək ağrısıdır. Onlar sosial şəbəkələrdə mövqelərini bildirəcək və etiraz edəcəklər. Buna qətiyyən şübhə yoxdur”.
Ayşən Rəhim
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO








.jpg)

.jpg)
























.jpg)


