Nida Xəbər
Vaşinqtonda Xocalı soyqırımı anıldı - FOTO
ABŞ Vaşinqton şəhərində, dünyaca məşhur Kennedi sənət mərkəzinin Ədalət Forumu (Justice Forum) zalında Xocalı soyqırımının 31-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Publika.az xəbər verir ki, ölkəmizin ABŞ-dakı səfirliyinin təşkil etdiyi tədbirdə müxtəlif ölkələrin ABŞ-da akkreditə olunmuş səfirləri və diplomatları, beyin mərkəzlərinin təmsilçiləri, ABŞ ictimaiyyətinin nümayəndələri, habelə azərbaycanlı icmasının aktivləri iştirak edib.
Gecədə Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim çıxışında bildirib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Səfir əlavə edib ki, Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin bir parçası olub.
Türkiyənin ABŞ-dakı səfiri Murat Mərcan, ABŞ-ın Karolina Sülh Mərkəzinin qurucusu Faysal Xan XX əsrin faciəsi haqqında fikir və düşüncələrini paylaşıblar.
Anım tədbirində Xocalı soyqırımının nəticələrinə şahidlik etmiş, amerikalı səyyah və jurnalist, "Azərbaycan Gündəliyi" kitabının müəllifi Tomas Qoltzun səfirlik tərəfindən əvvəlcədən qeydə alınmış video müraciəti təqdim olunub.
O, Xocalı ilə bağlı şahidi olduğu dəhşətləri və həmin tarixdə baş vermiş tarixi hadisələri qonaqların diqqətə çatdırıb. T.Qoltz beynəlxalq müstəvidə Xocalıya ədalətin hələ də təmin olunmadığını, bunun üçün əlindən gələni etməyə hazır olduğunu bildirib.O, "Azərbaycan Gündəliyi" kitabının davamı olaraq, yeni kitab üzərində işlədiyini və bu kitabda Azərbaycanın mədəniyyətini, ənənələrini, mətbəxini və insanların tolerantlığını tərənnüm edəcəyini qeyd edib.
Tədbirin rəsmi hissəsindən sonra Azərbaycan muğamının tədqiqatçısı və "Amerika Muğam Cəmiyyəti"nin rəhbəri amerikalı Cefri Verbokun və "Milli musiqi və qlobal mədəniyyət" cəmiyyətinin rəhbəri və tanınmış pianoçu Nərgiz Əliyarovanın ifasında Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş klassik qərb və azərbaycanlı bəstəkarların əsərlərindən və muğamdan parçalar ifa olunub. (Report.az)
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO








.jpg)

.jpg)

















.jpg)






.jpg)


