Nida Xəbər
XİN başçısı ATƏT-in Baş katibi ilə görüşdü - YENİLƏNDİ
Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov martın 2-də ATƏT-in Baş katibi Helqa Şmid ilə görüşüb.
Publika.az Azərbaycan XİN-dən verilən məlumata görə, görüş zamanı, Azərbaycan-ATƏT çərçivəsində həyata keçirilən əməkdaşlıq gündəliyi, bölgədəki mövcud vəziyyət, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi müzakirə edilib.
Bildirilib ki, Azərbaycanla-ATƏT arasında bir sıra mümkün layihələr, eləcə də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar mümkün əməkdaşlıq sahələri nəzərdən keçirilib.
"Azərbaycan və Ermənistan arasında mövcud sülh və normallaşma gündəliyində olan son proseslərdən bəhs edən nazir Ceyhun Bayramov, Ermənistan tərəfindən müxtəlif platformalarda səsləndirilən anti-Azərbaycan xarakterli bəyanatların, eləcə də həyata keçirilən son təxribatların Ermənistanın səsləndirdiyi sülh ritorikası ilə ziddiyyət təşkil etdiyi vurğulanıb", - məlumatda bildirilir.
***
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 3-cü Antalya Diplomatiya Forumu çərçivəsində ATƏT-in baş katibi Helqa-Mariya Şmidlə görüşüb.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.
Görüş zamanı Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
Minister @Bayramov_Jeyhun met with @HelgaSchmid_SG in the margins of @AntalyaDF.
— MFA Azerbaijan (@AzerbaijanMFA) March 2, 2024
The sides discussed issues pertinent to the @OSCE agenda and Azerbaijan's priorities within the organization. pic.twitter.com/uCg5XzqMRW
-
ABŞ17 Dekabr 23:55ABŞ bu gecə müharibəyə başlayır? - Tramp hər an elan edə bilər
-
Hadisə17 Dekabr 21:57Sumqayıtda meyiti tapılan 18 yaşlı gənc partiya sədrinin nəvəsidir
-
Dünya17 Dekabr 21:0313 il öncə yoxa çıxan təyyarə TAPILDI
-
Dünya17 Dekabr 20:50Norveçdən Rusiyaya qarşı ilginc plan - Körpülər partladılacaq və...
-
İdman17 Dekabr 20:38Bu zədə ona baha başa gəlir: Hər oyuna görə 55 milyon itirir
-
Sosial17 Dekabr 18:50Azərbaycanda bir qrup şəxsə avtomobil VERİLƏCƏK
-
Sosial17 Dekabr 18:40Bu şadlıq sarayında dana əti adı ilə görün nə təqdim edilib - FOTO
-
Sosial17 Dekabr 18:20Məktəblilər arasında “snus” təhlükəsi: “Köşklərdə satılır” - VİDEO







































