Nida Xəbər
Vüqar Bayramov Füzulidə növbəti görüşünü keçirdi - FOTO
Deputatlığa namizəd Vüqar Bayramov seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində Füzuli rayonu 11 saylı Qayıdış qəsəbəsinin sakinləri ilə növbəti görüşünü keçirib.
Publika.az xəbər verir ki, görüşdə çıxış edən ziyalılar Zakir İbişov və Güloğlan Məmmədov namizəd ilə bağlı fikirlərini bölüşüblər.
Onlar namizədin VI çağırış müddətində seçiciləri ilə sıx ünsiyyət qurmasını yüksək qiymətləndirərək qəsəbə sakinlərini seçkidə fəal iştiraka dəvət ediblər.
Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalovun atası Amil Zalov çıxış edərək bildirib ki, namizəd daimi olaraq şəhid ailələrinin və qazilərin yanında olub. Müharibədən sonra o, hər bir şəhid ailəsini ziyarət edərək qayğılarını dinləyib və imkanları daxilində dəstək olmağa çalışıb. A. Zalov sakinləri 1 sentyabr 2024-cü ildə keçiriləcək növbədənkənar parlament seçkilərində fəal iştiraka dəvət edib.
Vüqar Bayramov çıxış edərək yeni dövrünü yeni hədəflərinə uyğun olaraq hər bir sakinin cəmiyyətin daha da inkişaf etməsinə fəal töhfəsinin artırılmasına çalışmasının vacibliyini vurğulayıb. Ötən müddətdə Füzuli rayonunda və ərazidən kənarda 131 görüş keçirdiyi bildirilərək əlavə edilib ki, bu müddət ərzində ünvanımıza 4898 müraciət daxil olub. Bunlardan 2171 müraciət Milli Məclis aparatına, 2727 müraciət isə telefon və sosial şəbəkələr də daxil olmaqla yazılı və şifahi şəkildə ünvanlanıb. Müraciətlər əsasında seçicilərin qayğılarının həll olunması üçün müxtəlif dövlət qurumlarına 2034 deputat sorğusu göndərilib. Platformada qeyd olunanlara uyğun olaraq seçicilər ilə birbaşa ünsiyyət qorunub saxlanılacaq.
Daha sonra çıxış edən qəsəbə sakinləri onları maraqlandıran məsələlər ilə bağlı öz fikirlərini bölüşüblər.
-
Rəsmi xronika09:43Prezident: Naxçıvanda yeni nəqliyyat dəhlizləri yaradılır - VİDEO
-
ABŞ09:12ABŞ prezidentinin təyyarəsi niyə gizlicə dəyişdirilib? - Tramp özü danışdı
-
MDB09:00Xəzər pələngi vəhşi təbiətə qaytarılır
-
Sosial08:36Bu rayonların bir hissəsi qazsız qalacaq
-
Qadın08:00Qadınların xəyanət etməsinin 5 SƏBƏBİ
-
İdman06:46Superkompüter La Liqanın favoritini açıqladı
-
Magazin106:1651 yaşlı məşhur aktrisadan bikinili pozalar - FOTO
-
İKT03:43Məşhur ödəniş sistemi "App Store"dan SİLİNDİ
























.jpg)













