Nida Xəbər
Kütləvi məzarlıqlarla bağlı Ombudsmanın reaksiyası
Şuşa və Xocalıda aşkar olunmuş kütləvi məzarlıqlarla bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva reaksiya göstərib.
Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş Şuşa şəhərinin yaxınlığında və Əsgəran-Xocalı yolunun üzərində aprel ayında aparılmış qazıntılar zamanı iki kütləvi məzarlıq aşkarlanıb. Həmin məzarlıqlarda aşkar edilmiş insan qalıqlarının mülki şəxslərə aid olduğu ehtimal edilir.
Aşkarlanmış qalıqlarda mülki şəxslərə qarşı zorakılıq izlərinin aşkar edilməsi Birinci Qarabağ müharibəsi dövründə Ermənistan tərəfindən azərbaycanlılara qarşı müharibə və insanlıq əleyhinə cinayətlərin törədildiyini bir daha təsdiqləyir.
Qeyd etməliyik ki, indiki məlumata əsasən Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 3990 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. İşğaldan azad olunmuş ərazilərdəki kütləvi məzarlıqlarda tapılmış insan qalıqlarının eyniləşdirilməsi istiqamətində görülmüş işlər nəticəsində indiyədək 170-ə yaxın soydaşımızın kimliyi müəyyən edilib və bu proses hələ də davam etməkdədir.
Təəssüf hissi ilə bildiririk ki, tərəfimizdən dəfələrlə müraciətlər edilsə də, Ermənistan beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə əməl etmir, otuz ildən artıq müddətdir əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı məlumatları Azərbaycana təqdim etməkdən boyun qaçırır.
Ermənistan iştirakçısı olduğu beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərə riayət etməli, qətlə yetirilmiş şəxslərin basdırıldığı yerlər barədə dəqiq məlumatları təqdim etməli, beynəlxalq ictimaiyyət həmin məlumatların ölkəmizə təqdim olunması istiqamətində Ermənistana ciddi təsir göstərməlidir.
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin120 Sentyabr 19:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 20 Sentyabr 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
















.jpg)


















