Azərbaycan “İbrahim razılaşmaları”na qoşulmayacaq - Politoloq səbəbləri izah etdi
Bizi izləyin

Nida Xəbər

Azərbaycan “İbrahim razılaşmaları”na qoşulmayacaq - Politoloq səbəbləri izah etdi

Azərbaycan Vaşinqtonun dəstəklədiyi “İbrahim razılaşmaları”na qoşulmalıdırmı? Ağ Ev hesab edir ki, nə qədər çox müsəlman ölkəsi İsraillə müxtəlif sahələrdə əməkdaşlığı gücləndirən sazişə imza atarsa, bu, Yaxın Şərqdə sabitliyə xidmət edəcək. Bu saziş çərçivəsində İsraillə diplomatik münasibətlər quran müsəlman ölkələrinin sayı artmalıdır.

Publika.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Azərbaycanın bu şərtləri yerinə yetirməsinə ehtiyac yoxdur:

“Birincisi, Azərbaycanın İsraillə diplomatik münasibətləri mövcuddur.

İkincisi, Azərbaycan İsraillə müxtəlif sahələrdə dərin əlaqələrə malikdir. Belə olan halda Azərbaycanın “İbrahim razılaşmaları”na qoşulmasına ehtiyacı varmı?"

Politoloq Azərbaycanın razılaşmaya qoşulmasını çətinləşdirən bir neçə amil olduğunu vurğulayıb:

"Azərbaycanın strateji müttəfiqi Türkiyə bölgədəki mövcud şərtlər daxilində “İbrahim razılaşmaları”na qoşulmayacaq;

- Qəzzada insan fəlakəti davam edərkən və İsrailin Fələstinin müstəqilliyini tanımaqdan imtinası durumunda Azərbaycanın razılaşmaya qoşulması problematikdir.

İsrailin Mərkəzi Asiyanın digər türk dövlətləri, o cümlədən Qazaxıstanla da sıx əlaqələri var. Astana da “İbrahim razılaşmaları” məsələsində gözləmə mövqeyindədir. Halbuki Vaşinqton Bakı ilə yanaşı, Astana ilə də bu mövzuda intensiv danışıqlar aparır. Yalnız “Amerika istəyir” deyə Azərbaycanın “İbrahim razılaşmaları”na qoşulmasının itkisi qazancından çoxdur. Maraqlı tərəf olan Təl-Əvivin Azərbaycanın “İbrahim razılaşmaları”na qoşulmasıyla bağlı xüsusi istəyi yoxdur. Təl-Əviv “İbrahim razılaşamaları”na ilk növbədə ərəb ölkələrinin qoşulmasını istəyir. Belə olan halda Azərbaycan-İsrail tərəfdaşlığının ikitərəfli əsasda davamında fayda var və bu həm Bakı, həm də Təl-Əviv üçün yetərlidir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm