Tramp Əliyevin çıxışını yenidən paylaşdı - VİDEO
Bizi izləyin

Nida Xəbər

Tramp Əliyevin çıxışını yenidən paylaşdı - VİDEO

ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsindəki səhifəsində Azərbaycan lideri İlham Əliyevin Şuşa Media Forumunda çıxışı ilə bağlı yenidən paylaşım edib.

Publika.az paylaşımı təqdim edir:

Xatırladaq ki, ABŞ lideri iyulun 27-də İlham Əliyevin Xankəndidə III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündəki çıxışından paylaşım etmişdi.

Azərbaycan Prezidenti forumdakı çıxışında bildirmişdi: “Mən Trampın qələbəsini proqnozlaşdırmırdım. Sadəcə dedim; onun bizim kimi fundamental dəyərləri, o cümlədən ailə dəyərlərini bölüşdüyünü nəzərə alsaq, Azərbaycan xalqı üçün daha yaxşı olardı. O, müharibələrə başlamamış yeganə ABŞ Prezidentidir. Həm də hakimiyyətdə olduğu qısa müddətdə müharibələrə son qoyan bir adam olduğu aydın görünür.

Biz, həmçinin Azərbaycana və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə ona çox minnətdarıq. O, beynəlxalq təhlükəsizik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də diqqət mərkəzində saxlayır. Əlbəttə, onun qələbəsi bir sıra səbəblərdən Azərbaycanda bizi çox sevindirir. Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, “Vaşinqton bataqlığı"nı dibinə qədər qurutsun”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm