Nida Xəbər
Azərbaycan və Ermənistan bir-birinə qarşı ərazi iddiaları qaldırmayacaq
Azərbaycan və Ermənistan bir-birinə qarşı hər hansı ərazi iddialarının olmadığını və gələcəkdə belə iddialar qaldırılmayacağını təsdiq edirlər.
Publika.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Sazişin” paraflanmış mətnində qeyd olunub.
Belə ki, I maddəyə görə, tərəflər, keçmiş SSRİ-nin Sovet Sosialist Respublikaları arasında sərhədlərin müvafiq müstəqil dövlətlərin beynəlxalq sərhədlərinə çevrildiyini və beynəlxalq birlik tərəfindən bu şəkildə tanındığını təsdiq edərək, bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyır və hörmət edirlər.
İkinci maddəyə görə, tərəflər, I maddəyə tam riayət etməklə, bir-birinə qarşı hər hansı ərazi iddialarının olmadığını və gələcəkdə belə iddialar qaldırılmayacağını təsdiq edirlər.Tərəflər digər tərəfin ərazi bütövlüyü və ya siyasi birliyini tamamilə və ya qismən parçalamağa yönəlmiş hər hansı bir hərəkətə, o cümlədən belə hərəkətlərin planlaşdırılmasına, hazırlanmasına, həvəsləndirilməsinə və dəstəklənməsinə yol verməyəcəklər.
-
MDB13:55İki yaşlı qız ailəni ölümdən xilas etdi - FOTO
-
İKT13:28Qorxulan oldu: 400 min humanoid robot insanlarla birgə çalışacaq
-
Qarabağ 12:54Antiterror əməliyyatının iştirakçısı: "Uzun illər gözlənilən tarixi an idi"
-
Ekologiya12:50Sabahın hava proqnozu açıqlandı
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
-
Sosial10:03Məhsul var, qazanc yox: Fermer üçün çıxış yolu nədir?
-
Kriminal08:30Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu
-
İdman06:46Maradonanın həkimindən şok açıqlama: Ölümündən əvvəl nə edib?










.jpg)




















.jpg)




