Nida Xəbər
“Yeni yer açılan kimi deyirlər ki, ora səfir göndərilirəm” - Elmar Məmmədyarov
“Məni bəzi “dostlarım” və jurnalistlər o qədər ölkəyə səfir göndəriblər ki, artıq bu xəbərlərə öyrəşmişəm. Harda yeni bir yer açılır və ölkə ilə əlaqə qurulursa, o dəqiqə deyirlər ki, Elmar Məmmədyarov ora səfir göndəriləcək”.
Publika.az xəbər verir ki, bu sözləri “Teleqraf”a Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov onun Ermənistana səfir göndərilməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Sabiq nazir Ermənistanla hələ sülh sazişinin imzalanmadığını bildirib: “Yekun sülh sazişi imzalandıqdan sonra belə Ermənistanla Azərbaycan arasında diplomatik əlaqələri qurmaq üçün ən azı bir-iki il vaxt lazım olacaq. Bu, adi qaydada həll olunan məsələ deyil. Bunun üçün beynəlxalq qaydalar var. Beynəlxalq protokollara uyğun olaraq əlaqələr qurulduqdan sonra ölkələr bir-birinin ərazisində qarşılıqlı razılıq əsasında səfirlik aça bilir”.
Elmar Məmmədyarov Ermənistanda səfir olmaq məsələsinə ümumi məsləhətə uyğun adekvat addım atacağını söyləyib: “Necə məsləhətdirsə, elə də olacaq”.
-
Dünya01:407,2 bal gücündə zəlzələ oldu: yaralı sayı artdı - YENİLƏNDİ
-
Qoroskop01:20Günün ulduz falı: Özünüzə güvəniniz artacaq
-
Magazin18 Dekabr 23:35"Həbsdə olanda bu anı xəyal etmişdim" - Rəqsanə ağladı
-
İdman8 Dekabr 22:16İran şokda: DÇ-2026-da millinin oyunu LGBT-yə həsr olunacaq
-
Sosial8 Dekabr 22:04Yeni ildə neçə gün iş olmayacaq?
-
Avropa8 Dekabr 21:13Bu ölkə COVID dövrünə qayıda bilər - Əhaliyə maska xəbərdarlığı
-
Sosial8 Dekabr 20:30Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: Ətrafdakı tikililər üçün TƏHLÜKƏ - FOTO
-
İdman8 Dekabr 20:05Vernidub Bakıya gəldi, “Neftçi” ilə anlaşdı - Müqavilənin detalları






.jpg)






.jpg)






.jpg)







.jpg)

.jpg)







