ABŞ
Nobel Sülh Mükafatının Trampa verilməməsinə Ağ Evdən reaksiya
Ağ Ev ABŞ prezidenti Donald Trampa Nobel Sülh Mükafatının verilməməsini siyasi qərar adlandırıb.
Publika.az xəbər verir ki, bu barədə Tramp administrasiyasının kommunikasiya direktoru Stiven Çanq "X" hesabında yazıb.
“Nobel Komitəsi bir daha sübut etdi ki, siyasəti sülhdən üstün tutur”, - deyə o bildirib.
Çanq əlavə edib ki, Tramp həyatları xilas etməyə, müharibələri dayandırmağa və sülh sazişləri bağlamağa davam edəcək.
Xatırladaq ki, Nobel Komitəsi Sülh Mükafatını Venesuela müxalifətinin lideri Mariya Korina Maçadaya “Venesuela xalqının demokratik hüquqlarının müdafiəsi və diktaturadan demokratiyaya ədalətli və dinc keçid uğrunda yorulmaz mübarizəsinə görə” təqdim edib.
Mükafata namizədlər arasında Tramp da olub, lakin bukmekerlər onun şansını cəmi 3% qiymətləndiriblər. Tramp Ağ Evə qayıtdıqdan sonra dəfələrlə bu mükafatı almaq arzusundan danışıb. "New York Post"un məlumatına görə, amerikalı lider bu il mükafatı almağı gözləmirmiş, daha çox növbəti il üçün ümid bəsləyirmiş.
-
Dünya08:12Yağışdan gizlənən üç qızı ildırım vurub öldürdü
-
İKT08:00“Samsung” istifadəçilərinə üzücü xəbər
-
Ekologiya07:17Bu gün yağış yağacaq
-
Magazin206:16Azərbaycanlı məşhur reper qəza törətdi - VİDEO
-
Sağlamlıq05:15Şam yeməyini gec yeyənlərə XƏBƏRDARLIQ
-
Magazin204:44Məşhur aktyorun ölüm xəbəri yayıldı - FOTO
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)



























.png)

.jpg)





