Azərbaycan təyyarəsi İrəvana endi: Kimləri aparıb? - FOTO
Bizi izləyin

Nida Xəbər

Azərbaycan təyyarəsi İrəvana endi: Kimləri aparıb? - FOTO

Oktyabrın 21-22-də İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirilir.

Publika.az xəbər verir ki, bu barədə Təhlükəsizlik Siyasətinin Araşdırma Mərkəzi (SPRC) məlumat yayıb.

Məlumata görə, müzakirə zamanı digər məsələlərlə yanaşı, avqustun 8-də Vaşinqtonda keçirilən görüşdən sonra formalaşmış sülh gündəliyi, iki cəmiyyət arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi üzrə tədbirlər, Cənubi Qafqazda sabit iqtisadi əməkdaşlığın formalaşdırılmasının mümkün yolları, o cümlədən iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri müzakirə olunacaq.

Eyni zamanda artıq Azərbaycandan gələn xüsusi dövlət təyyarəsinin İrəvana eniş etdiyi bildirilir.

Bu gün Azərbaycandan gələn nümayəndə heyətinin Ermənistan paytaxtının rayonları ilə tanış olacağı da iddia olunur.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm