Sosial
FHN nəqliyyatda və sərnişindaşımada yanğın təhlükəsizliyi mövzusunda tədbir keçirdi - FOTO
.jpg?v1761135957)
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində “Nəqliyyatda və sərnişindaşımada yanğın təhlükəsizliyi” mövzusunda tədbir keçirilib.
Nazirlikdən Publika.az-a verilən xəbərə görə, tədbirdə FHN Dövlət Yanğın Nəzarəti Xidməti, RİNN Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və DİN Baş Dövlət Yol Polisi İdarəsinin, eləcə də daşıyıcı şirkətlərin və nəqliyyat müəssisələrinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini daxili xidmət polkovniki Cəmil Xudiyev nəqliyyat vasitələrində, xüsusilə sərnişin daşımalarında yanğın təhlükəsizliyinin təmin edilməsinin vacibliyindən danışıb. Bildirib ki, ictimai nəqliyyat vasitələrində baş verə biləcək yanğın hadisələri insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır və bu sahədə daşıyıcı şirkətlər tərəfindən profilaktik tədbirlərin gücləndirilməsi xüsusi əhəmiyyətə malikdir.
Tədbirdə sürücülərin və texniki personalın yanğın təhlükəsizliyi qaydaları barədə maarifləndirilməsi, nəqliyyat vasitələrinin texniki sazlığının təmin edilməsi və onlara vaxtaşırı texniki qulluq göstərilməsi, ilkin yanğınsöndürmə vasitələrinin və avtomobillərə istehsalçı zavodlar tərəfindən quraşdırılan avtomatik yanğınsöndürmə sistemlərinin daim işlək vəziyyətdə saxlanılması, yanacaq sistemlərinin, mühərrik şöbələrinin asan alışan yanacaq-sürtgü materiallarından təmiz saxlanılması, xüsusilə elektrik doldurma qurğularının “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılaraq istismar edilməsi, həmin avadanlıqlara dövri qulluqların və müayinələrin keçirilməsi, daşıyıcıların bu barədə məsuliyyəti və sərnişinlərin təhlükəsizliyinin prioritet məsələ kimi diqqətdə saxlanılmasının vacibliyi vurğulanıb.
Daha sonra Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədr müavini Natiq Dadaşov və Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Mübariz Ağayev tərəfindən sözügedən sahədə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.
Tədbirdə daşıyıcılara nəqliyyatda, o cümlədən avtomobil parkları və qarajlarda yanğın təhlükəsizliyi qaydaları barədə metodiki tövsiyələr çatdırılıb.
-
İqtisadi gündəm15:52
Yaşayış minimumu bu qədər artırılır
-
İdman15:13
"Qarabağ" "Atletik"ə qalib gəlsə... - Görün futbolçular nə qədər mükafat alacaq
-
Rəsmi xronika14:48
İlham Əliyev Yaqub Eyyubova "İstiqlal" ordenini təqdim etdi - YENİLƏNDİ
-
Rəsmi xronika14:02
Onlara verilən pulun məbləği 50 faiz artırıldı - Prezident təsdiqlədi
-
Köşə13:06
Abubakarın “Neftçi”yə transferində Adnan Əhmədzadə izi
-
Rəsmi xronika12:58
İlham Əliyev fərman imzaladı
-
Dünya12:40
Türkiyənin yeni pilotsuz təyyarəsi F-35-ləri təhdid edir - İsraildən etiraf
-
İdman12:07
Məktəb direktorunun möcüzəsi: Balıqçılar kəndinin nağıl dolu çempionluq hekayəsi