Nida Xəbər
Suraxanıda səyyar görüşlər davam edir - FOTO
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin vətəndaşlarla növbəti səyyar görüşləri Əmircan qəsəbəsində 97 saylı, Hövsan qəsəbəsində isə 172 saylı tam orta ümumtəhsil məktəblərində keçirilib.
Publika.az xəbər verir ki, səyyar görüşlərdə RİHB-nin müavinləri, şöbə və sektor müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
Rayon sakinləri onları narahat edən müxtəlif məsələlərə toxunublar. Müraciətlər əsasən asfalt örtüyünün vurulması, bankomat quraşdırılması, sahibsiz heyvanların artması, işlə təmin olunma və s. bir sıra digər məsələlərlə bağlı olub. Qeyd edilən müraciətlər nəzarətə götürülməklə İcra Hakimiyyətinin başçısı tərəfindən həlli ilə əlaqədar aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Həmçinin, səyyar görüşlərdə RİH başçısı Adil Əliyev prezident cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə, xüsusilə də işğaldan azad olunmuş torpaqlarda həyata keçirilən bərpa quruculuq işləri haqqında ətraflı məlumat verərək, dağıdılmış şəhər və kəndlərimizdə müasir standartlara uyğun “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin uğurla icra olunduğunu vurğulayıb. O, bildirib ki, dövlətimizin qarşısında duran prioritet məsələlərdən biri də məhz vətəndaş məmnunluğunun və dayanıqlı inkişafın təmin olunmasıdır.
-
Region11:36Paşinyanın partiyasında kreslo mübarizəsi başladı: Əsas hədəf bu postdur
-
Sağlamlıq11:10Pişikləri qovmayın, onlar uşaqlarda bu xəstəliyi ağırlaşdırmır: Alimlər sübut etdilər
-
Qoroskop10:44Bu gün onların günüdür - Həyatında yeniliklər olacaq 5 bürc
-
İqtisadi gündəm09:54Bitkoin 200 min dollara çatacaq? – Milyarder kriptovalyuta tərəfdarlarını ələ saldı
-
Səhiyyə09:00Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi
-
ABŞ08:48ABŞ ordusunda yenilik - Atəş əmri smartfonla veriləcək
-
Ekologiya07:17Bu gün 33 dərəcə isti olacaq
-
Magazin106:16"Özümlə tək qalanda pis oluram"








.jpg)
.jpg)
.jpg)

.jpg)
.jpg)
.jpg)
.jpg)

































