Nida Xəbər
Əlcəzair İranın Naxçıvana PUA hücumundan narahatdır - Attaf
Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri, xarici işlər və xaricdəki milli icma və Afrika məsələləri naziri Əhməd Attaf Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
Publika.az xəbər verir ki, telefon danışığı zamanı tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələləri, eləcə də İranın Azərbaycana qarşı həyata keçirdiyi dron hücumları ətrafında fikir mübadiləsi aparıblar.
Azərbaycan tərəfi bu cür hücumların ölkənin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş qəbuledilməz addım olduğunu vurğulayıb və yaranmış vəziyyətlə bağlı görülən tədbirlər barədə məlumat təqdim edib.
Nazir Əhməd Attaf mövcud vəziyyətlə bağlı narahatlığını ifadə edib, gərginliyin artmasının yolverilməz olduğunu bildirib və problemlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında, dialoq və diplomatik vasitələrlə həllinin vacibliyini qeyd edib. Əlcəzair naziri ölkəmizlə həmrəyliyini ifadə edib.
Telefon danışığı zamanı tərəflər Azərbaycan ilə Əlcəzair arasında ikitərəfli münasibətlərin inkişaf perspektivlərini də müzakirə ediblər.
-
Dünya13:08Orbitimizə yaxınlaşır - Kuba bir söz deyir, Tramp başqa söz
-
Region12:38Türk və erməni iş adamları bu şəhərdə görüşdülər - Böyük planlar qurular
-
MDB12:14Ramzan Kadırov ilk dəfə bu siyahıya daxil edilmədi - Çeçenistanda nə baş verir?
-
Enerji11:20Avropanın enerji təhlükəsizliyinin açar ölkəsi: Azərbaycan olmadan mümkün deyil
-
Rəsmi xronika10:23İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi
-
Sağlamlıq10:16İsti havada soyuq su içməyin, yoxsa... - Həkim xəbərdarlıq etdi
-
MDB09:26Tokayev-Putin görüşü - Tarix dəyişdi
-
Hadisə08:55Bakıda güclü yanğın - Maşınlara ziyan dəydi



















.jpg)


















