Nida Xəbər
Berendsen İranın Azərbaycana dron hücumlarını pislədi
Bu gün Niderlandın xarici işlər naziri Tom Berendsen Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
Bu barədə Publika.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Telefon danışığı zamanı tərəflər regionda artan gərginliklə bağlı fikir mübadiləsi aparıblar. Nazir Ceyhun Bayramov həmkarına Iran tərəfindən Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş dron hücumları və yaranmış təhlükəsizlik vəziyyəti barədə ətraflı məlumat verib.
Nazir Ceyhun Bayramov bu hücumların ölkənin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş qəbuledilməz addım olduğunu vurğulayıb.
Nazir Tom Berendsen vəziyyətlə bağlı narahatlığını ifadə edib, hücumları qətiyyətlə pisləyib. O, regional sabitliyin təmin edilməsinin əhəmiyyətini qeyd edib.
Niderland naziri bununla yanaşı Niderland vətəndaşlarının operativ qaydada təxliyəsinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib.
Telefon danışığı zamanı tərəflər həmçinin Azərbaycan ilə Niderland arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
-
Dünya13:08Orbitimizə yaxınlaşır - Kuba bir söz deyir, Tramp başqa söz
-
Region12:38Türk və erməni iş adamları bu şəhərdə görüşdülər - Böyük planlar qurular
-
MDB12:14Ramzan Kadırov ilk dəfə bu siyahıya daxil edilmədi - Çeçenistanda nə baş verir?
-
Enerji11:20Avropanın enerji təhlükəsizliyinin açar ölkəsi: Azərbaycan olmadan mümkün deyil
-
Rəsmi xronika10:23İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi
-
Sağlamlıq10:16İsti havada soyuq su içməyin, yoxsa... - Həkim xəbərdarlıq etdi
-
MDB09:26Tokayev-Putin görüşü - Tarix dəyişdi
-
Hadisə08:55Bakıda güclü yanğın - Maşınlara ziyan dəydi



















.jpg)


















