Dünya
Papadan sərt ultimatum: Geri dönün, yoxsa parçalanma olacaq
Roma Papası XIV Leo ultramühafizəkar katolik qrupuna sərt xəbərdarlıq edib. O, Vatikanın razılığı olmadan yeni yepiskopların təyin edilməsinin kilsədə parçalanmaya səbəb ola biləcəyini bildirib.
Publika.az xəbər verir ki, Papa “Müqəddəs Piy X Cəmiyyəti”nin (SSPX) öz yepiskoplarını təyin etmək planından imtina etməsinə çağırış edib və bunu “parçalanma aktı” adlandırıb.
Məlumata görə, 1970-ci ildə İsveçrədə yaradılmış və katolik kilsəsində aparılan liberal islahatlara qarşı çıxan təşkilat iyulun 1-də seminariyasında dörd yeni yepiskop təyin etməyə hazırlaşır.
Vatikan isə belə addımın kilsə qanunvericiliyinə zidd olduğunu və bu qərarın həm yeni təyin olunan şəxslər, həm də mərasimi keçirən din xadimi üçün avtomatik şəkildə kilsədən uzaqlaşdırılma ilə nəticələnə biləcəyini vurğulayıb.
Papa XIV Leo təşkilat rəhbəri Davide Palyaraniyə ünvanladığı məktubda qərardan geri çəkilməyə çağıraraq bildirib ki, bu addım möminləri qanuni dini ayinlərdən məhrum edə bilər.
“Mən sizdən ürəkdən xahiş edirəm - geri dönün. Kilsənin birliyini pozmaq ağır günahdır”, - Papa qeyd edib.
Lakin təşkilat geri addım atmaq niyyətində olmadığını açıqlayıb. SSPX nümayəndəsi Mark-Andre Mabiyyar bildirib ki, planda heç bir dəyişiklik yoxdur və onlar bunu zəruri addım hesab edirlər.
“The Guardian” yazır ki, bu hadisə Papa Leo üçün vəzifəyə gəldikdən sonra ilk ciddi böhranlardan biri ola bilər. Pontifik indiyədək katolik kilsəsində birliyin qorunmasını əsas prioritet kimi təqdim edib.
Xatırladaq ki, 1988-ci ildə SSPX-in qurucusu Marsel Lefevr Vatikanın icazəsi olmadan yepiskop təyin etdiyinə görə kilsədən xaric edilmişdi. Daha sonra bu qərar 2009-cu ildə ləğv olunmuşdu.
Müəllif: Adəm
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı













.jpg)



















.jpg)

.jpg)