Nida Xəbər
"Mədəni qastrol proqramının ənənə halını almasını istəyirəm" - Eldar Mansurov
Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə mart ayından etibarən aparıcı bədii kollektivlərin ölkə miqyaslı qastrol proqramı həyata keçirilir. "Azərbaycan Mədəniyyəti - 2040" konsepsiyası çərçivəsində müəyyən olunmuş prioritet istiqamətlərdən biri - mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədi daşıyan qastrol proqramı tanınmış incəsənət xadimləri tərəfindən yüksək qiymətləndirilir.
Publika.az xəbər verir ki, layihənin əhəmiyyəti barədə Oxu.Az-a danışan görkəmli bəstəkar, Xalq artisti Eldar Mansurov bildirib ki, ötən əsrin 60-70-ci illərində həm bədii kollektivlərin, həm də ayrı-ayrı sənətkarların bölgələrdə konsertləri təşkil edilir, tamaşalar nümayiş olunurdu:
"Mən də uşaq vaxtı atamla bir sıra bölgələrdə tamaşaları, konsertləri izləmişəm. Opera və Balet Teatrımızın Gəncə və Naxçıvanda tamaşalarına baxmışam. Kənd və qəsəbələrdə klubların səhnəsi kiçik olduğundan operalardan fraqmentlər oynanılırdı. Tamaşaçılar bu mədəni proqramları böyük maraqla qarşılayırdı. Hazırda Mədəniyyət Nazirliyinin bu ənənəni bərpa etməsi təqdirəlayiqdir. İncəsənət kollektivlərimiz, sənətçilərimiz xarici ölkələrdə qastrollarda olur, mədəniyyətimizi təbliğ edirlər. Bu, çox yaxşıdır. Düşünürəm ki, ölkəmizin bölgələrinə də bu cür səfərlərin təşkili vacibdir. Çünki peşəkar kollektivlərin və incəsənət xadimlərinin çıxışları tamaşaçı və dinləyicilərin estetik zövqünü formalaşdırır, klassika onları bayağı musiqilərdən uzaqlaşdırır. Klassika anlayışı həm də çox zaman uğurlu başlanğıclar deməkdir".
"Nə yaxşı, Mədəniyyət Nazirliyi bu prosesi həyata keçirir. Əminəm ki, bölgələrdə tamaşaçılara olan bu hörmət və diqqət təqdirəlayiqdir. Layihə insanların peşəkar sənətə marağının artması ilə nəticələnəcək. İstəyim odur ki, bu aksiya ənənə halını alsın, hər il davam etsin", - deyə Xalq artisti əlavə edib.
-
Magazin114:32Dünyada tanınan azərbaycanlıların siyahısı açıqlandı: Bizim Xalq artisti də var - FOTO
-
İdman13:55Azərbaycanı seçən rusa xəbərdarlıq edildi: Sənin kimiləri sevmirlər
-
Hadisə13:21Azərbaycanda vəzifəli şəxs vəfat etdi
-
Sosial12:46Sabah yağış yağacaq
-
Nida Xəbər 10:54Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Başlayırıq
-
Nida Təhlil 10:30"Dəmir yumruq" ermənilərin 50 faizini sağaltdı - Zülfüqarov azərbaycanlıları təbrik etdi
-
Region10:09Bütün səslər hesablandı: Ermənistan seçkilərinin nəticəsi bəlli oldu
-
Dünya10:00Bəşər Əsədin Moskva həyatı - Putin ona nəyi qadağan edib?











.jpg)

























