Nida Xəbər
Anar Əliyev Qobustanda vətəndaşları qəbul etdi - FOTO
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Qobustan rayonunda Qobustan və Şamaxı rayonlarının sakinlərini qəbul edib.
Publika.az xəbər verir ki, qəbuldan əvvəl Anar Əliyev və Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, mənzil təminatı, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.
Nazir Qobustan rayon sakinləri, Vətən Müharibəsi Qəhrəmanı şəhid Elyar Arif oğlu Vəliyevin ailə üzvləri ilə də görüşüb. O, şəhid ailələrinin, müharibə iştirakçılarının sosial dəstəklə əhatə olunmasının nazirliyin əsas fəaliyyət istiqamətlərindən olduğunu vurğulayıb.
Hər bir vətəndaş müraciəti fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib.
Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.
-
Sosial08:24Pensiya ilə bağlı vacib məlumat - 30 min manatı tez almaq üçün…
-
Hadisə06:16Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş
-
İdman05:45Dopinqə icazə verilən ilk turnir: Dünya rekordu qırdı, 1 milyon qazandı
-
ABŞ04:30ABŞ İrana 30 gün vaxt verəcək...
-
Hadisə03:19Dəm qazı faciəsi: Nənə öldü, nəvənin vəziyyəti ağırdır - Foto
-
Qoroskop02:00Günün ulduz falı: yeni başlanğıclar vaxtıdır
-
Region01:40İranda partlayış səsləri eşidildi
-
Sosial25 May 23:15Bəzi şəxslərə pulsuz mənzillər veriləcək















.jpg)





























