Keçmiş deputatın Hacı Şahinlə bağlı paylaşımı qalmaqal yaratdı
Bizi izləyin

Nida Xəbər

Keçmiş deputatın Hacı Şahinlə bağlı paylaşımı qalmaqal yaratdı

Keçmiş deputatın Hacı Şahinlə bağlı paylaşımı qalmaqal yaratdı

Tanınmış filosof Müşfiq Ötgün ötən gün sabiq deputat Etibar Əliyevin Hacı Şahinlə bağlı öz “Facebook” səhifəsində etdiyi paylaşıma cavab verib.

Publika.az “Yeni Sabah”a istinadən xəbər verir ki, o, professorun din xadimini alimlərlə müqayisə etməsini yersiz hesab edib:

“Hacı Şahinin populyarlığını hər hansı riyaziyyat və ya kimya aliminin populyarlığı ilə müqayisə etmək nə deməkdir ki?

İnsanlar mənəviyyat alimlərini hər zaman təbiətşünaslıq alimlərindən daha yüksək qiymətləndiriblər Şərqdə. Və bu həmişə də belə olacaq.

Və bu, ədalətlidir, paxıllanmayın. Anlamağa zorlansanız da deyim: insanlara mənəvi tərəqqinin yollarını nişan verənlər texniki tərəqqinin bələdçilərindən şübhəsiz ki, daha yuxarıda dururlar. Eyni səbəbdən heç bir Eynşteyn Zərdüştlə özünü müqayisə belə etməsin. Sayğılarla”.

Xatırladaq ki, sabiq deputat Etibar Əliyev mərhum din xadimi Hacı Şahinlə bağlı sərt status yazıb:

““Hacı Şahin tərəfdarları “Facebook” səhifəmdə təlatüm yaratdılar. Onların içində ziyalılığa iddialı olanlar az deyildi. Sən demə Hacı filosofluq, oratorluq, alimlik, müdriklik mərtəbəsinə çatıbmış.

“Maraqlı bir təklifim var. Təxminən min nəfəri əhatə edən sorğu keçirin. Sualı belə qoyun. Mirəsədulla Mir Ələsgər oğlu Mirqasımovu tanıyırsınız, yoxsa Hacı Şahin Hüseynoğlunu?

Tam əmin olun, Mirəsədulla Mirqasımovu barmaqla sayılan sayda adamlar tanıyacaq. Çünki onu xatırlamırıq. Meydan Hacı Şahin kimilərindir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm